Azərbaycan Xalqinin Toy Mərasim Musiqisi

Folklor və toy mərasimi qarşılıqlı əlaqəli anlayışlar olub, qədim etnosun məişətinin vəictimai həyatının bir çox hadisələrinin dərk olunmasına yol açır. Toy – mədəniyyətin ayrılmaztərkib hissəsi, milli ruhun təzahürüdür. Toy mərasiminin mərhələlərinin musiqi və poetiktərtibatında gerçəkliyin sinkretik qavranılması, xalqın inancları və ayinləri, adət və ənənələri,nəsillərin varisliyi, həyatın mənası haqqında fikirlər öz əksini tapır. Toy mərasimində xalqınmusiqi və poetik yaradıcılığının zənginliyi yanaşı, özünəməxsus janr rəngarəngliyi, ifadəvasitələri, dil-təfəkkür xüsusiyyətləri, obrazlar dairəsi, təsviri-tətbiqi sənət növlərinin, geyim vəmətbəx mədəniyyətinin təzahürləri vəhdətdə özünü göstərir. Toy mərasimində xalqın poetik vəmusiqi istedadı, ifaçılıq mədəniyyəti, bədii-estetik zövqü, psixoloji düşüncə tərzi, qəlbiningenişliyi özünü qabarıq şəkildə büruzə verir.

___

  • 1. Hacıbəyоv Ü.Ə. Seçilmiş əsərləri. B., “Yazıçı”, 1985. 412 s. 2. İsmayılоv M.C. Azərbaycan хalq musiqisinin janrları. Yеnidən işlənmiş və tamamlanmış nəşri. B., İşıq, 1984. 100 s. 3. İsmayılzadə R. Azərbaycan xalq mahnıları. // Azərbaycan xalq musiqisi. Oçerklər. Bakı, “Elm”, 1981. s. 52-85; 4. Гусейнли Б.Х. Принципы жанровой классификации народной танцевальной музыки. / Ученые записки Азербайджанской Государственной Консерватории. Б.: 1974, 1974, №2, с.3-17. 5. Azərbaycan xalq mahnıları. Not yazıları S.Rüstəmov, F.Əmirov, T.Quliyev. Redaktor Bülbül. I cild. Bakı, 1981. 6. Hüseynli B.X. Azərbaycan xalq rəqs melodiyaları. II dəftər. Halay. (redaktorlar: Ə.Abbasov, Gündüz, R.Rəhimova). Bakı, 1966.