Azərbaycan Muğami və Özbək Şaşmakomunun Müqayisəli Tədqiqi Məsələləri

Hər bir xalqda şifahi ənənəli professional musiqi sənəti qorunaraq, gələcək nəsillərəötürülür. Azərbaycan muğamı, Özbək-tacik şaşmakomu ümumi bir kökdən qidalanaraq,ümumilikdə Şərq musiqisinin bünövrəsini təşkil edir. Eyni zamanda, bunların hər birininözünəməxsus inkişaf tarixi, ifaçılıq üslub xüsusiyyətləri vardır. Hər bir xalqda şifahi ənənəliprofessional musiqi sənəti qorunaraq, gələcək nəsillərə ötürülür. Elmi tədqiqatlarda muğam,məqam, makam mədəni-tarixi kontekstdə şərh olunur, hər bir halda makam sisteminə əsaslanır,melodik və ritmik xüsusiyyətləri ilə, ifaçılıq tərzi ilə diqqəti cəlb edir. Muğamların oxunması biryaradıcılıq prosesi olub, ifaçının – yaradıcının ədəbi, fəlsəfi, estetik yanaşma tərzini özündəcəmləşdirir. Şərqdə inkişaf etmiş digər şifahi ənənəli musiqi janrların əsasını ciddi modalstruktur, məqam/makam sistemi təşkil edir. Ayrı-ayrı regionlarda müxtəlif cür adlandırılsa da(muğam, məqam, makam, mukam), mahiyyətcə, eyni mənanı kəsb edir və iri həcmli silsiləşəkilli vokal-instrumental musiqi əsəri kimi yozulur.

___

  • 1.Hacıbəyli Ü. Azərbaycan xalq musiqisinin əsasları. Bakı, 2010. http://musbook.musigi-dunya.az/az/history_inf.html 2. Джумаев А. Отражение взаимосвязей профессиональной музыки устной традиции Ближнего и Среднего Востока в средневековых письменных источниках. // Традиции музыкальных культур народов Ближнего, Среднего Востока и современность. М., Сов.композитор, 1987. с.164-168. 3. Вызго Т. К вопросу об изучении макомов. // История и современность. Проблемы музыкальной культуры народов Узбекистана, Туркмении и Таджикистана. М., Музыка, 1972. с.387-413. 4. Сайгун А. Основные принципы выразительности в музыке Среднего Востока. // Музыка народов Азии и Африки. II выпуск. М., Сов.композитор, 1973. с.326-331. 5. Zöhrabov R. Muğam. Bakı, 1991. 219 s.