XX Əsrdə Muğamın Ənənəvi Tədrisində Proqramların Əhəmiyyəti

Bütün dövrlərdə yaranmış muğam cədvəlləri və proqramlar muğam irsini öyrənmək,muğamın inkişaf prosesini izləmək və müqayisəli surətdə öyrənmək üçün çox dəyərli birmənbələrdir. XX əsrdə ustad sənətkarların - görkəmli tarzənlər Mirzə Fərəc Rzayevin, ƏhmədBakıxanovun, Kamil Əhmədovun və başqalarının muğam tədrisi üzrə proqramları meydanagəlmişdir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəylinin muğamlarınsistemləşdirilməsi əsasında yaratdığı proqram tədris prosesində əsas mənbəyə çevrilmişdir.Qeyd etmək lazımdır ki, son illərdə musiqi təhsili sisteminin tələblərindən irəli gələrək, muğamüzrə tədris proqramlarının sayı çox artmışdır, solo oxuma və instrumental ifaçılıq (hər bir alətüçün ayrılıqda) muğam proqramları meydana gəlmişdir. Muğam ustadları və pedaqoqlartərəfindən yazılmış müxtəlif illərə aid tədris proqramlarının müqayisəsi şifahi ənənələr əsasındanəsildən-nəslə ötürülən muğam tərkiblərinin dəyişikliyə uğraması prosesini izləməyə şəraityaradır.

___

  • 1. Bədəlbəyli Ə.B. İzahlı monoqrafik musiqi lüğəti. B.: Elm, 1969. 246s. 2. Zöhrabov R.F. Muğam. B.: Azərnəşr, 1991. 219 s. 3. Hacıbəyov Ü.Ə. Əsərləri. II cild. (Cildin redaktoru M.İbrahimov; tərtibat, kommentariya və lüğət Q.Qasımovundur). B.: Azərb.EA nəşri, 1965. 412s. 4. Rəhmətov Ə. Əhməd Bakıxanov. B.:, İşıq, 1977. 220s. 5. Musazadə R. «Dügah» dəstgahının tarixi mənşəyi və ifa xüsusiyyətləri. Sənətşünaslıq namuzədi dissertasiyasının avtoreferatı. Bakı, 2006. 27s.; Musazadə R. Qədim muğamlar. Magistr pilləsi üzrə “İnstrumental muğam ifaçılığı” fənni üçün dərslik. B.: 2013. 125 s. 6. Rzayeva-Bağırova R. Tarzən Mirzə Fərəc haqqında xatirələrim. B.: 1986. 7. Hacıbəyli Ü.Ə. Azərbaycan türklərinin musiqisi haqqında. (Təqdim edəni, ön söz və lüğətin müəllifi F.Əliyeva). B.: Adiloğlu, 2005. 74 s. 8. İsmayılov M.C. Azərbaycan xalq musiqisinin janrları. Yenidən işlənilmiş və tamamlanmış nəşr. B.: İşıq, 1984. 100s.