Aqşin Əlizadə Yaradiciliğinda Yeni Təmayüllərin Əksi(Müvafiq Əsərlər Nümunəsində)

Təqdim edilən məqalədə Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsiAqşın Əlizadənin yaradıcılığı XX əsr musiqi mədəniyyəti məcrasından araşdırılaraq təhlilolunmuşdur. O, Azərbaycan milli musiqisinin ilk neofolklorçu bəstəkarı, Qara Qarayevənənələrinin mahir davamçı və inkişafçısı, bir sözlə, bir çox yeniliklərə imza atan bəstəkarolmuşdur. Belə ki, o, Azərbaycan milli musiqili teatr janrları içərisinə mühüm əlavələr edərəkilk milli qəhrəmanlıq baleti –“Babək”in yaradıcısı olmuşdur. Bundan əlavə, simfonik və kameraorkestri, kamera –instrumental yaradıcılıq sahəsindəki yenilikləri də danılmazdır. O,neofolklorçu bəstəkar olmaqla yanaşı, neoklassik cərəyanın da parlaq nümayəndəsi olmuş, birçox müasir bəstəkarlıq texnikalarını öz yaradıcılığında təcəssüm etdirmişdir. Onun“Aşıqsayağı”, “Pastoral”, “Cəngi” kimi əsərləri kamera orkestri üçün yazılmış ilk janrşəkilləridir.

___

  • 1. Dadaşzadə Z., Simfoniyanın fəzası. Bakı, 1999 2. Tağızadə A., A.Əlizadə. Bakı, 1986