Azərbaycan Operası və Xanəndəlık Sənətı

Azərbaycan operasının muğam ifaçılığı ənənələrinə əsaslanması - muğam operasıkimi yeni bir janrın təşəkkül tapmasını şərtləndirdi. Muğam ifaçılarının – xanəndələrin əsasrollarda iştirakı bir sıra peşəkar hazırlıq tələb edən yaradıcılıq məsələlərinin həllinə təkanverdi. Bir tərəfdən, xanəndəlik sənətində opera artisti kimi yeni fəaliyyət sahəsi meydanagəldi, digər tərəfdən, opera sənətində milli ifaçılıq üslubunun əsası qoyuldu. Ü.Hacıbəylinin“Leyli və Məcnun”, “Əsli və Kərəm”, Z.Hacıbəylinin “Aşıq Qərib”, M.Maqomayevin “Şahİsmayıl” muğam operaları Azərbaycan Dövlət Opera Teatrının daimi repertuarının əsasınıtəşkil edir. Bu opera tamaşalarında tanınmış xanəndələrlə yanaşı, gənc muğam ifaçıları daiştirak edir ki, bu da onlar üçün əsil yaradıcılıq nailiyyəti hesab olunur. Xanəndələr,həmçinin, Azərbaycan bəstəkarlarının yaratdıqları klassik operalarda da çıxış edirlər.

___

  • 1. Azərbaycan xalq musiqisi. Oçerklər. Bakı,1981,197 s. 2. Hacıbəyov Ü. Azərbaycan xalq musiqisinin əsasları. III nəşr, Bakı, Yazıçı, 1985, 145 s. 3. Zöhrabov R. Muğam. Bakı, 1991.