RAMİZ MİRİŞLİNİN YARADICILIQ ÜSLUBUNA BAXIŞ

Azərbaycan Respublikasının xalq artisti Ramiz Mirişli – çoxcəhətliyaradıcılığında milli və dünya musiqisinin ənənələrini birləşdirək, öz orijinal yaradıcılıqüslubunu yaratmış bəstəkardır. R.Mirişlinin əsərlərində bəstəkarın rəngarəng musiqidünyası təcəssüm olunur. Öz melodikliyi ilə yaddaşlara həkk olunan bəstəkar musiqisininmilli köklərlə bağlılığı özünü qabarıq büruzə verir. R.Mirişlinin yaradıcılığında musiqisənətinin bir çox janrları və formaları: operettalar, kantatalar, simfonik musiqi, ocümlədən tar və simfonik orkestr üçün konsert, xalq çalğı alətləri orkestri üçün əsərlər,eləcə də kamera musiqisi, fortepiano və vokal əsərləri, teatr tamaşalarına və filmlərəmusiqi öz əksini tapmışdır. R.Mirişlinin əsərlərində insan hisslərinin mürəkkəb aləminintəcəssümünün əsas ifadə vasitəsi olan xalq musiqisinin zəngin intonasiya təbiəti aydın hissolunur. Bütövlükdə, fərdi, milli və klassik xüsusiyyətlərin, o cümlədən XX əsrinmusiqisinə xas olan ayrı-ayrı ifadə vasitələrinin qovuşdurulması, R.Mirishli yaradıcılığıüçün xarakterik olan musiqi ifadəsinin, aparıcı üslubudur.

___

  • 1. Zöhrabov R.F. Mahnılar... Mahnılar... // Bəstəkarlarımız haqqında söz. I kitab. Bakı, Şur, 1995. s.76-80. 2. İsmayılova G.H. Bəstəkar Ramiz Mirişli. Bakı, 2000.