Fiqh elminin metodologiyası və hədisşünaslıqla olan əlaqəsi (Şiə məzhəbi kontekstində)

Fiqh üsulu İslam ilahiyyatında xüsusi və əhəmiyyətli bir yerə sahibdir. Bu elm vasitəsi ilə şəriətin (İslam hüququnun) metodoloji əsasları, dəlilləri, onların əhəmiyyəti, növləri və digər xüsusiyyətləri öyrənilir. Fiqh üsulu alimlərinə görə, dəlil dedikdə, düzgün hökm verməyə səbəb olan və ya bir hökmün əsaslı olduğunu təmin edən vasitə nəzərdə tutulur. Deməli, fiqhdə dəlil dedidkdə, ümumiyyətlə, fiqhi bir hökmün dini-hüquqi dayağı başa düşülür. Buradan belə aydın olur ki, fiqh elminin əsasları (üsuli-fiqh) elmi vasitəsi ilə dəlillərdən hökm əldə edilməsinin yolları öyrənilir.Şiə məzhəbində dəlil və digər üsuli istilahları tədqiq edərkən sözgedən məzhəbin daxilində meydana gələn üsul qollarının - Əxbarilər və Üsulilərin – bu mövzudakı qeyd etdikləri diqqətdən kənarda qalmamalıdır. Çünki Əxbarilərə görə, şəri hökmlərin dəlilləri yalnız Qurani-Kərim və hədisi-şəriflərdən (sünnədən) ibarətdir. Hədisi-şərif həzrət Peyğəmbər (s) və məsum on iki İmamın (ə) söz, fel və təqrirləri olaraq qəbul edilmişdir. Bu mövzuda məşhur Əxbari alimi Məhəmməd Əmin əl-Astrabadinin (öl. 1626) fikri qeyd edilə bilər. Ona görə, Uca Allah  qiyamətə qədər ümmətin ehtiyac duyduğu hər şeyi bildirmiş, Quran və Peyğəmbərin (s) sünnəsi də yalnız itrət-məsum İmamların (ə) da daxil olduğu Əhli-beyt (ə)-tərəfindən bilinə və izah edilə bilər. 

The methodology of the science of Islamic law (fiqh) and its relationship with hadith studies. (in the context of Shiite worship)

Usul al-fiqh has a special and important place in Islamic theology. Thanks to this science, the methodological foundations, evidence, their meaning, types and other features of Sharia (Islamic law) are studied. According to scholars in the field of usul al-fiqh, evidence is a means by which a correct or reasonable judgment can be made. Thus, when speaking of evidence in Islamic law (fiqh), the religious legal justification of the fiqh command is usually generally understood. From this it becomes clear that the foundations of the science of fiqh (usul al-fiqh) are being studied by means of obtaining evidence from decrees.Such methods in this religion as Akhbarites and Usulites should not be ignored. According to Akhbarits, the evidence of Sharia decrees is serious from the Koran and Hadiths. The hadiths were affirmed as words, verbs and speech of the Prophet (phub) and the twelve Imams. In this regard, the thought of the famous scholar Akhbarit Mohammed Amin al-Astrabadi (d. 1626) can be noted. Therefore, everything should be known and explained only by Ahl al-Bayt (as), which includes the Imams. This information can only be known thanks to the imam. All that is required of Muslims is all that is needed, and there is no need for discussion, publicity or comparative evidence.

___

  • TƏBATƏBAI, H. M., Müqəddimeyi bər fiqhe Şiə, Məşhəd, 1368. QURANI-KƏRIM, Tərc: Z.Bünyadov, V.Məmmədəliyev, Bakı: Azərnəşr, 1991. ƏL-XOYI, Ə., Möcəmu ricalil-hədis. 23 cilddə, XIX c. Beyrut: 1413/1993. ZEYDAN, Ə., Üsulul-fiq, Beyrut-Lübnan: Müəssisəti-Risalə, 1998.