TÜRKÇÜLÜYƏ QARŞI APARILAN ERMƏNİ TƏBLİĞATININ TARİXİ ƏNƏNƏLƏRİ

Təxminən XIX əsrin sonlarından başlayaraq dövrümüzə qədər müx- təlif vaxtlarda Osmanlı Türkiyəsində və Cənubi Qafqazda baş verən erməni millətçi təcavüzkarlıq faktlarını nəzərdən keçirərkən onların arasında bir metodoloji oxşarlıq olduğunu görmək mümkündür. Baş- qa sözlə, uzun illər ərzində ermənilər tərəfindən həyata keçirilən tə- cavüzkarlıq aktlarının hansı niyyətlə başlanmasında, necə başlama- sında və hansı vasitələrdən istifadə edilməsində açıq erməni dəsti- xətti vardır. Bir tərəfdən bu təbiidir. Çünki erməni millətçi təcavüz- karlığının mahiyyətində dayanan niyyətlər tarixən ifratlığı ilə seçilib və onların reallaşdırılmasında da bir tarixi təcrübə formalaşmışdır. Qarşıya qoyulan niyyətlərin ifratlığı və istisnalığı həmin təcrübənin əsasını təşkil edir və erməni millətçiləri həmin ifrat niyyətlərindən əl çəkməyincə bu tarixi təcrübənin inkişaf edəcəyi və tarixi ənənənin davam etdiriləcəyi də gözləniləndir.

___

  • Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı, 1990. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə, Bakı, 1990. Daşnaki, Bakı, 1990
  • Maevskiy V. F., Armyano-tatarskaya smuta na Kavkaze kak odin iz fazisov Armyankogo voprosa, Baku, 1993.
  • Skotland Liddel, “Armyano-tatarskoe soglaşenie. Nastuplenie mira na Kara- bahe”, http://karabakh-doc.azerall.info/ru/arxdoc/ad020.htm
  • Makkarti Castin, Makkarti Karolin, Turki i armyane, Baku, 1996. Fəna M. R., 1905-ci il hadisəsi, Bakı, 2009.
  • Nəvvab M. M., 1905-1906-cı illərdə erməni-müsəlman davası, Bakı, 1993. Çavçavadze İ., Erməni alimləri və fəryad edən daşlar, Bakı, 1995.