Sabir Yaradiciliğinda Təxmis və Təsdis: Poetik Özəllikləri və Struktur Xüsusiyyətləri

Məqalədə XX əsrin görkəmli Azərbaycan şairi Mirzə Ələkbər Sabirin yaradıcılığında “təxmis” və “təsdis” janrlarının istifadəsi, poetik xüsusiyyətləri və strukturu araşdırılmış, Sabirə qədər bu janrların Şərq şeirindəki mövqeyi, istifadə meyilləri və hansı şairlərin yaradıcılığında yer alması kimi məsələlərə toxunulmuşdur. Bu janrlar yazılma texnikasında böyük sənətkarlıq tələb edən şeir şəkilləri olmaqla yanaşı, sələf-xələflik münasibətlərinin ən gözəl ifadəçisi kimi də əhəmiyyət kəsb edir. Orta çağ divan ədəbiyyatının işlək şəkilləri olan qəzəl, qəsidə, qitə, müxəmməs və s. janrlar kimi təxmis və təsdisin də öz daxili struktur spesifikası və texnika özəlliyi olmuşdur.

Tahmis and Tasdis in the Sabira of Creativity: Poetical Features and Structural Characteristics

The article examines the use and poetic features of the tahmis and tasdis genre in the works of Mirza Alakbar Sabir, a prominent Azerbaijani poet of the 20th century. Before Sabira, subjects such as the place of these genres in Eastern poetry, usage trends, and which poets took place in their works were mentioned. In addition to being poetic images that require great skill in writing techniques, these genres are also significant as the best expression of the predecessor-successor relationship. Ghazal, qasida, qita, mukhammas, etc., are functioning images of medieval literature. Like genres, tahmis and tasdis had their internal structural specifics and techinical features.

___

  • Azərbaycan klassik ədəbiyyatından seçmələr. III cilddə, III c., Bakı: Şərq-Qərb, 2005, 456 s......
  • Baxşəliyev F. Milli yaddaş sistemində ürfan və təsəvvüf. Bakı: Elm və təhsil, 2010, 460 s........
  • Mehmet F.B. Tahmisler, Aruz Ölçüleri ile Yazılmış Tahmisler. Ankara: Çınarlı, 2008, 180 s.......
  • Mermer A. Eski Türk Edebiyatına Giriş, Ankara: Akçağ yayınları, 2013, 260 s.........
  • Məmmədov M. Sabir: mübahisələr, həqiqətlər. Bakı: Yazıçı,1990, 360 s.............
  • Mustafayeva N. Füzuli və müasirlərinin müxəmməsləri barədə// Risalə. Araşdırmalar toplusu, Bakı: 2016, N. 12, 83-98 s...............
  • Sabir M.Ə. Hophopnamə. 2 cilddə, II c., Bakı: Şərq-Qərb, 2004, 383 s.................
  • Salman M. Azərbaycan ədəbiyyatı qaynaqları. Bakı: Yazıçı, 1986, 438 s................
  • http://az.strategiya.az/news.php?id=10018