Heydər Əliyevin Xarici Siyasəti və Azərbaycanın Beynəlxalq Uğurları

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qətiyyətli xarici siyasəti və siyasi uzaqgörənliyi sayəsində Azərbaycan beynəlxalq təhlükəsizlik sisteminin yaradılması işinə yaxından cəlb edilmiş, bu sahədəki müxtəlif sülhməramlı proqramlara qoşulmuş və antiterror koalisiyasına yaxından dəstək vermişdir. Bütün bunlar və Qərbə istiqamətlənən iri enerji layihələrinin gerçəkləşdirilməsi, nəticə etibarilə xalqımızın haqlı narazılığına səbəb olan məlum 907–ci düzəlişin, ABŞ prezidenti və dövlət katibinin konqresə müraciəti nəticəsində qüvvəsinin dayandırılması ilə nəticələnmişdir. 907–ci düzəlişin qüvvəsinin dayandırılması Azərbaycan üçün böyük qələbə, Heydər Əliyev siyasətinin isə növbəti ən böyük uğuru idi. Məqalədə dolğun tarixi faktlar əsasında Heydər Əliyevin yeritdiyi xarici siyasət, əldə etdiyi beynəlxalq uğurlar təhlil edilib qiymətləndirilir.

___

  • Əliyev, H. Əlirza oğlu. (1997). Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 (H.Ə.Əliyev; Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.) Azərnəşr.
  • Əliyev, H. Əlirza oğlu. (1997). Müstəqilliyimiz əbədidir: Çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar. İyun, 1993 - may, 1994. K.: 1 (H.Ə.Əliyev; Buraxılışa məsul: R. Mehdiyev, H.Orucov.- B.) Azərnəşr.
  • Xalqa bağışlanan ömür [Mətn]: Bu kitab müstəqil Azərbaycan Respublikasının qurucusu, bütün azərbaycanlıların ümuminli lideri Heydər Əlirza oğlu Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin 35 illiyinə həsr olunur (2004). (Tərtibçi. Ə.Əliyev; Elmi red. M.Urud). (V kitab). Şəms.
  • (2003, 11 dekabr). Azərbaycan qəzeti.
  • (2004, 04 fevral).Azərbaycan qəzeti.
  • https://files.preslib.az/projects/azerbaijan/gl9.pdf