XIX Əsrin Tarixi Məsələləri Heydər Əliyev İrsində

Tarixi şəxsiyyət konkret məkan və zaman daxilində yaşadığından onun fəaliyyətinə də məhz həmin baxımdan yanaşmaq lazım gəlir. Ancaq zamandan böyük olan, xalqının bir neçə on və bəzən də yüz illiklər inkişaf yolunu öncədən görərək müəyyənləşdirən, ömrünü xalqının tərəqqisinə, dövlətinin qüdrətlənməsinə həsr edənlər dahilər olur. Azərbaycan xalqının tarixində isə əvəzolunmaz iz buraxan böyük şəxsiyyət, siyasi xadim Heydər Əliyevdir. Məqalədə Heydər Əliyev fəaliyyətinə diqqət yetirilmiş, bir sıra suallara məntiqi cavab vermək, yeni tariximizi doğru bilmək, qiymətləndirmək və nəticələr çıxarmaq üçün araşdırma aparılmışdır. İti təfəkkürə, möhkəm məntiqə, fenomenal yaddaşa, geniş və zəngin dünyagörüşünə malik, ixtisasca tarixçi olduğundan, şübhəsiz, tarix elmini və onun problemlərini digər elmlərdən daha yaxşı və daha dərindən bilən Heydər Əliyevin XIX əsrdə baş vermiş tarixi hadisələrə münasibəti öyrənilmişdir. Məqalədə XIX yüzillik Azərbaycan tarixinin ən gərgin və təlatümlü dövrü kimi xarakterizə edilir. Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra buraya çarizmin xeyir-duası ilə kütləvi şəkildə xristian əhalinin köçünın başlanması, köçürülənlərin böyük əksəriyyətinin ermənilər olması, onların Cənubi Qafqaza könüllü köçməsi erməni kilsəsinin əsrlər boyu gizli həyata keçirdiyi planlarının tərkib hissəsi olduğu qeyd edilir. Cənubi Qafqazda erməni kilsəsinin qarşılaşdığı ən böyük əngəllərdən biri alban xalqının mənəvi qürur mənbəyi olan Alban kilsəsi olmuşdur. XIX yüzilliyin əvvəllərində Rusiya imperiyasının Cənubi Qafqaza hücumu və şərq istiqamətində iştahasının artması Alban kilsəsinin Eçmiədzinə güzəştə getməsinə səbəb oldu. Alban kilsəsinin əmlakı və tarixi irsi Eçmiədzin kilsəsinin sərəncamına verildi. Beləliklə, Alban kilsəsi Cənubi Qafqaza hücum edən müsəlman hökmdarları tərəfindən deyil, XIX yüzilliyin əvvəllərində xristian dövləti tərəfindən ləğv edildi. Məqalədə qeyd olunur ki, Heydər Əliyev XX əsrin tarixi proseslərini XIX əsrin proseslərinin davamı kimi dəyərləndirmişdir.

___

  • http://www.anl.az/heliyev/he_me.htm
  • http://lib.az/users/1/upload/files/Huseyn_Bakkara_Azerbaycan_Istiklal_Mucadelesi_Tarihi.pd http://anl.az/el/Kitab/254482.pdf http://www.anl.az/heliyev/he_me.htm http://www.anl.az/heliyev/he_me.htm
  • https://e-qanun.az/