Heydər Əliyev və Azərbaycan Respublikasının Milli Gömrük Siyasətinin Formalaşması (1993-2003-cü İllər)

Məqalədə Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra mühüm dövlət strukturlarından biri kimi milli gömrük xidmətinin yaradılması prosesi işıqlandırılır. 1993-cü ildən başlayaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin rəhbərliyi ilə gömrük qanunvericiliyinin formalaşdırılması, gömrük xidmətinin maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi istiqamətində görülmüş işlər təhlil edilmişdir. SSRİ-nin süqutundan sonra bütün ittifaq respublikaları kimi Azərbaycan da xarici ölkələrlə müstəqil xarici iqtisadi əlaqələr sistemi təşkil etmək problemi ilə üzləşdi. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının ən mühüm şərti ölkələrin - ticarət tərəfdaşlarının seçimində çevik siyasətin həyata keçirilməsi, regional birliklərlə qarşılıqlı əlaqələrin gücləndirilməsi olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan bir çox beynəlxalq təşkilatlarda - BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Ümumdünya Gömrük Təşkilatı və s.-də layiqli yer tutmuşdur.Azərbaycan iqtisadiyyatının bazar münasibətlərinə keçidi çevik iqtisadi siyasətin həyata keçirilməsini və iqtisadi siyasətin dirçəldilməsini zəruri etmişdir. gömrük strukturu xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsinin mühüm vasitəsi kimi. MDB ölkələri, Avropa, Asiya, Amerika və Afrikanın bir çox gömrük orqanları ilə gömrük nəzarəti sahəsində sıx ikitərəfli əlaqələr qurulmuşdur.

___

  • Heydər Əliyev: A. A.Bakıxanov adına Tarix İnstitutu (2013). (2 cilddə). (Cild 2). Turxan NPB.
  • Guliyev, R. Heydar Aliyev and establishment of the national customs servise in Azerbaijan Republik. (2008). Azerbaiyan & Azerbaiyants, 5-8. 42-46. Quliyev, R. Ə. (2015). Azərbaycan dövlətçiliyi tarixində gömrük işi. Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1920-1991-ci illər). (3 Cilddə). (R.Quliyev). (Cild 2). Turxan NPB. Quliyev, R. Ə. (2015). Azərbaycan dövlətçiliyi tarixində gömrük işi. Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı (1991-2014-cü illər). (3 Cilddə). , (Cild 3). (R.Quliyev). Turxan NPB. Məmmədova, M. Ə. (2005). Aqrar sahədə xarici iqtisadi əlaqələrin tənzimlənməsi məsələləri. İqtisadiyyat və audit, 7, 12-16.