Ümummilli Lider Heydər Əlıyev Siyasətində Ermənistandan (Qərbi Zəngəzur) 1991-Ci İldə Deportasiya Edilmış Nüvədi Qaçqınlarına Maddi-Mənəvi Dəstək Məsələsi

Məqalə Zaqafqaziya MİK tərəfindən 1927-1929-cu ildə Zəngəzurun Nüvədi kəndinin Ermənistan SSR-ə verilməsi və Azərbaycanla Naxçıvan arasında Meğri inzibati vahidin yaradılması və kənd sakinlərinin 1991-ci ildə ermənilər tərəfindən zorakı deportasiyasından bəhs edir. Kənd əhalisinin 3 il ərzində ermənilərə qarşı göstərdiyi dirənişi, onların tarixi yurdlarından qovulması və bu illərdə Naxçıvan Ali Məclisinin sədri olmuş Ümummilli lider Heydər Əliyevin nüvədililərə göstərdiyi siyasi, maddi-mənəvi köməklik, eyni zamanda onların yenidən öz kəndlərinə qaytarılıb təhlükəısiz şəraitdə yaşamaları üçün böyük dövlət xadiminin göstərdiyi səylər geniş təhlil edilmişdir.Müəlif həmçinin Sovetlər dönəmində ədalətsiz şəkildə Ermənistana verilmiş, bu türk kəndinin deportasiya edilməsindən sonra böyük şəxsiyyətin, Heydər Əliyevin Nüvədiylə bağlı qarar və önləmlərini, nüvədililərə verdiyi yüksək dəyər və qiymətli fikirlərini olduğu kimi çatdırmaq, kəndin Ermənistana verilməsi və deportasiyası tarixini araşdırmaqdır.

___

  • Kərimli, A. (1996). Zəngəzurun qeyrət qalası- Nüvədi. Azərbaycan. Qurbanlı, Ə. Nüvədinin əzəli də, indisi də nüvədililərə məxsusdur. (2023, 29 mart). Yeni Azərbaycan qəzeti.
  • Nüvədi hadisələrinə dair. (1991, 10 avqust). Həyat qəzeti.
  • Nüvədililərə kömək lazımdır. (1991). Şərq Qapısı qəzeti, (Naxçıvan Ali Məclisin orqanı) №200(16.040.
  • Ermənistan SSR Meğri rayonunun Nüvədi kəndinin sakinlərinin Azərbaycan xalqına müraciəti. (1989, 4 oktyabr). Azərbaycan qəzeti, (Qarabağa Xalq Yardımı Komitəsinin orqanı)