Heydər Əliyev İrsində Müasir Azərbaycan Tarixinin Dəyərləndirilməsi

Azərbaycanın görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin xalqı və dövləti qarşısında xidmətləri əvəzedilməzdir. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Azərbaycan Respublikasının siyasi, iqtisadi, sosial və mədəni inkişafı üçün böyük fəaliyyət göstərmiş Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini Azərbaycançılıq ideyası təşkil etmiş, bu ideyanın əsasında isə milli dəyərlərin qorunub saxlanması, Azərbaycan tarixinin və mədəniyyətinin öyrənilməsi və təbliği məsələləri durmuşdur. Məqalədə Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik irsində milli dəyərlərin və Azərbaycan tarixinin yeri müəyyən edilir, bu istiqamətdə görkəmli dövlət xadiminin fəaliyyətinin başlıca istiqamətləri göstərilir. Azərbaycanın XX əsr tarixinin mühüm məsələlərinin müəyyən edilərək öyrənilməsi sahəsində Heydər Əliyevin şəxsi təşəbbüsü və konseptual məsələlərlə bağlı fikirlərinə xüsusi diqqət yetirilir. Məqalədə, həmçinin Azərbaycançılıq ideyasının Azərbaycanın dövlətçilik tarixindəki yeri də müəyyən edilir.

___

  • Bayramov, Q. Heydər Əliyev və Azərbaycan tarixi. (2004). (elmi red. İ. Hüseynova; A.Məmmədov, İ. Zeynalov). Təhsil.
  • Heydər Əliyev və azərbaycançılıq məfkurəsi. (2002). Azərbaycan Universiteti nəşriyyatı.
  • Hüseynova, L. (2011). Heydər Əliyev irsində Azərbaycan tarixi məsələləri (Müstəqillik dövrü). Təhsil.
  • (1998, 26 iyun). Xalq qəzeti.
  • (2013, 21 aprel). Xalq qəzeti.