Heydər Əliyevin Təhsil Konsepsiyası və Davamlı İnkişaf Meylləri

2023-cü il Azərbaycanda əbədiyaşar Heydər Əliyev ili elan olunubdur. Azərbaycanın dövlətçilik tarixində xalqın Ümummilli Lideri səviyyəsinə qalxan yeganə ŞƏXSİYYƏT – bənzərsiz idarəçilik təctübəsi, liderlik kefiyyətləri, vətəninə, millətinə sonsuz məhəbbətlə bağlı olan Müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevdir. O, XX əsrin 60-cı illərinin sonundan etibarən Azərbaycanda bütün sahələr üzrə - siyasi-hüquqi, iqtisadi-sosial, milli və bəşəri dəyərləri gözardı etmədən mədəni əsaslarını yenidən yaradan, inkişafını təmin edən fenomenal liderdir. Zəngin tarixi keçmişi və ənənələri olan Azərbaycan təhsilinin inkişafının XX əsrin 70-ci ilindən sonrakı dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun bütün dövrlərdə döləti idarəçilik fəaliyyətində təhsilin inkişafı prioritet istiqamət kimi əsas yer tutmuşdu. Təhsili millətin gələcəyi adlandıran Ulu Öndər cəmiyyətin inkişafında təhsilin rolunun yüksək qiymətləndirir, bu sahədə qəbul etdiyi qərarları, milli, bəşəri dəyərləri özündə əks etdirən konseptual fikirləri, tövsiyələri Azərbaycan dövlətinin, millətinin inkişafına hesablanmış Təhsil konsepsiyasını formalaşdırmış, respublikamızda Təhsil siyasətinin əsas istiqamətlərini müəyyənləşdirmiş və müəyyənləşdirməkdədir.

___

  • A. Stanton, Elizabeth (February 2007). The Human Development Index: A History". PERI Working Papers: 14–15. Archived from the original on 28 February 2019. Retrieved 28 February 2019.
  • Azərbaycan 2020: Gələcəyə baxış. İnkişaf konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı.
  • Som, O. (2012). Innovation without R&D: Heterogeneous Innovation Patterns of Non-R&D-Performing Firms in the German Manufacturing Industry.
  • Həsənov, İ., Rüstəmova, A., Babyeva, N. (2020). Kurikulum. Metodika. Pedaqogika. Mücrü.