Amerika romanının əsas inkişaf mərhələləri haqqında (XX əsrin birinci yarısı)

Məqalədə XX əsrin birinci yarısında ABŞ romanistikasının əsas inkişaf mərhələlərindən, roman janrıyla populyarlaşan bir çox tanınmış müəlliflərin yaradıcılığından bəhs olunur. Qeyd olunur ki, bu dövrdə yaranan çox saylı romanlar bədii keyfiyyətilə yanaşı, milli və dünya ədəbiyyatındakı uğurlu yeri ilə əlmətdar olmuşdur. Bizim qənaətimizə görə, Amerika romanının əsas xüsusiyyətlərindən biri onların həyat həqiqətləri və hadisələri üzərində qurulması ilə bağlıdır. Bu baxımdan təhlilə cəlb etdiyimiz bir çox tanınmış müəlliflərin realist əsərləri tipik misal ola bilər. Məqalədə həmçinin XX əsrin birinci yarısında Amerika romanının spesifik inkişaf mərhələlərinə təsir göstərən amillər araşdırılır, Amerikada meydana gələn çox istiqamətli və çoxçalarlı milli ədəbi məktəblərin yazıçıların roman yaradıcılığındakı roluna nəzər salınır. Həmçinin, bu müəlliflərin əsərlərində ədəbi dövrə təsadüf edən romantizm, naturalizm və tənqidi realizm meyllərinin sintezi müşahidə olunmuşdur. Lakin buna baxmayaraq, romanlar Amerika həyatını ətraflı və düzgün təsvir edə bilər. Əsrin əvvəlində Mark Tven və Jack London, sonra Teodor Drayzer əsasən romanlarında tənqidi realizmi həyata keçirdilər və onlar romanlarında tənqidi realizmi təsdiqlədilər və ənənəvi mühafizəkarlığa və dəyərlərə müharibə elan etdilər.

Main stages of the development of the American novel (first half of the 20th century)

The article discusses the main stages of the development of the American novelists in the first half of the 20th century, the works of many well-known authors who became popular in the novel genre. It is stated that many novels created during this period, along with their artistic quality, were marked by their successful place in national and world literature. To our conclusion, one of the main features of the American novel was to discover the materials coming from American typical lifestyles. In this regard, the realist works of many well-known authors, which we have analyzed, can be a typical example. The article also examines the factors affecting the specific stages of development of the American novel in the first half of the 20th century, the role of writers in the creation of novels in the multifaceted and multifaceted national literary school that emerged in America. Also, a synthesis of romanticism, naturalizm ans critical realism tendencies of the literary period was observed in the works of these authors. Nevertheless, th enovels can describe American life in detail and accurately. At the turn of the century, Mark Twain and Jack London, and then Theodore Dreyzer, mainly practiced critical realism in their novels, affirmed critical realism in their novels, and declared war on traditional conservatism and values.

___

  • DRAYZER, T., Cenni Herhardt Roman, Maarif nəşriyyatı, Bakı 1988. LONDON, C., “Dünya Ədəbiyyatı kitabxanası” seriyasından, Povestlər və hekayələr, Yazıçı Nəşriyyatı, Bakı 1991.
  • Pisateli SŞA, Kratkie tvorçeskie bioqrafi, Moskva, Raduqa 1990.
  • POZDNYAKOVA, L. R., İstoriya anqliyskoy i amerikanskoy literature, Feniks Yayim Evi, Rostov 2002.
  • Sostaviteli i obshya redakchiya Y. Zasurskoqo, Q. Zlobina i Y. Kovaleva.
  • STULEV, Y. V., Sto pisateley SŞA, Visshaya şkola Yayim Evi, Minsk 1998. ZMIJEWSKI, D., "The Man in Both Corners: Mark Twain the Shadowboxing Imperialist", Hawaiian Journal of History, 2006, Vol. 40, ss. 55–73.