TÜRKLÜYÜMÜZ, OĞUZLUĞUMUZ VƏ AZƏRBAYCANLIĞIMIZ

Bu gün Azərbaycan Türk tariximizin, ədəbiyatımızın, fəlsəfəmizin, mədəniyyətimizin konsepsiyasının olması ya da olmaması haqqında birmənalı fikir bildirmək çox çətindir. Buna başlıca səbəblərdən biri, bəlkə də birincisi həmin məsələlər üzərindən Sovet-Rus, İran-Fars bütövlükdə Avropa-Qərb konsepsiyasının təsirinin davam etməsidir. Yəni prinsipial olaraq yad amillərdən kənarda müstəqil konsepsiya formalaşdırmaq yolunda çətinliklər olduğu üçün də tariximizin, ədəbiyatımızın, fəlsəfəmizin, mədəniyətimizin hansı adla adlandırılmasından tutmuş onun dərinliklərinə qədər bir çox məsələlər açıq qalmaqdadır. Deməli, bu sahələrdəki çatışmazlıqlar, yarımçılıqlar ilk növbədə yad təsirlərdən kənarda müstəqil konsepsiyanın olmamasıyla bağlıdır. Bizcə, Şimali Azərbaycanda ötən 25 il ərzində müstəqil konsepsiya formalaşdırmaq əvəzinə Sovet-Rus, İran-Fars bütövlükdə Avropa-Qərb konsepsiyasının uzantılarına əsaslanan hansısa işlərin görülməsi görüntüsü ortaya qoyulmaqdadır. Şübhəsiz, yadelli konsepsiyanın uzantılarına əsaslanan nəzəriyyələr, düşüncələr isə Azərbaycanlığımız, Oğuzluğumuz və Türklüyümüz haqqında toplumda nəinki doğru-dürüst bilik verir, əksinə ortada olan bəlli aydınlaşdırıcı bilgiləri də dumanlaşdırır.  Bizlər, yəni Turan-Oğuz-Türk-Azərbaycan ruhlu sistemi bərpa edərək müstəqil konsepsiya ortaya qoymaq istəyənlər də (mən də daxil olmaqla), bunu etmək əvəzinə daha çox yadelli konsepsiyalara cavab verməklə məşğuldurlar. Hesab edirik ki, əgər yadelli konsepsiyalara tutarlı arqumentlərlə cavab verə bilsək, o zaman həqiqət ortaya çıxacaq, bununla da hər şey öz həllini tapmış olacaqdır. Burada istək doğru olsa da, amma prinsip etibarilə əsas məsələ bu olmamalıdır. Yəni bizlər üçün önəmli olan milli metodologiyadan çıxış edərək Turan-Oğuz-Türk-Azərbaycan ruhlu bütövlük konsepsiyasını ortaya qoymaq olmalıdır. Bu zaman da yadelli konsepsiyaların metodologiyasından yan qaçılmalı, milli konsepsiyamız Turan-Oğuz-Türk-Azərbaycan ruhuna əsasən yazılmalıdır.
Anahtar Kelimeler:

Oğuz, Azerbeycan, Türklük

___

  • Azərbaycan tarixi (redaktorlar: Z.M.Bünyadov və Y.B.Yusifov).. Dərslik. Bakı: Azərnəşr, 1994,
  • Azərbaycan tarixi (redaktorlar: Z.M.Bünyadov və Y.B.Yusifov).. Dərslik. Bakı: Çıraq, 2005
  • Azərbaycan tarixi. Üç cilddə. I cild. Bakı-1958, Azər¬bay¬can SSR EA nəşriyyatı
  • Azərbaycan tarixi (uzaq keçmişdən 1870-ci ilə qədər). Bakı, «Çıraq», 2009
  • Бакиханов А.К. Гюлистани-Ирам. Б., 1926 г.
  • Bakıxanov A.A. Gülüstani-İrəm. Bakı, 1951
  • Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı: «Elm», 2005
  • Əmin Abid. «Müsavat» jurnalı, 1995, №: 8