Bəstəkar Oqtay Kazımının Simfonik Yaradıcılığında “Şəhidlər” Simfoniyasi

Təranə Yusifova tərəfindən təqdim olunmuş “Bəstəkar Oqtay Kazımininsimfonik yaradcılığında “Şəhidlər” simfoniyası” məqaləsində O.Kazıminin “Şəhidlər”simfoniyası tarixi nəzəri baxımdan təhlil edilmişdir. Məqalədə bəstəkarın simfoniyası vəonun əsasını təşkil edən ədəbi mənbə arasında müqayisələr və paralellər aparılmışdır.Simfoniya forma, musiqi dilinin xüsusiyyətləri, milli lad-intonasiya cəhətdən ətraflışəkildə təhlil olunmuşdur. Beləliklə O.Kazıminin “Şəhidlər” simfoniyası vokal-simfonikjanrlar sırasına daxildir. Burada klassik simfoniyadan fərqli olaraq xor, aparıcı da iştirakedir. Simfoniyada poemanın əsasən iki bölməsinin hər birindən bir neçə kuplet istifadəolunmuşdur. Simfoniyada sonata formasının elementləri də özünü büruzə vermişdir.

___

  • 1. Лаврентьева И. «О взаимодействии слова и музыки в советской вокальной симфонии 60-70-х годов». Проблемы музыкальной науки. 6 выпуск, М.: Сов.композитор, 1985, с.78 2. История азербайджанской музыки. Баку, «Маариф» , 1992, с.273. 3. Советская музыкальная литература. М., «Музыка», 1979.