QARS-KAĞIZMAN SƏNƏT ƏNƏNƏLƏRI VƏ AŞIQ-ŞAIR SADIQ MISKINI

Öz Məqalədə Qars-Kağızman aşığı, Sadiq Miskini imzası ilə yazan, yazdıqlarını sazında yaşadan Şərqi Anadolu aşıq ənənəsinin müasir davamçısı Sait Küçük sənəti və sənətkarlığından söz açılır. Milli mədəniyyətə dəyərli töhvələr verən Sadiq Miskini eyni zamanda bir çox aşıq havaları yaradan musiqişünasdır. Yazı üslubu, texnikası, dili, qədim aşıq rədiflərinə sadiqliyi ilə yanaşı sərbəst və klassik şeir nümunələri də yaradan şair-aşıq regional mühitin və ənənənin davamçısı olaraq ələ alınır. Şeirləri və şeirlərinin dili əsasında yaradıcılığı təhlil edilərək sənətinə işıq tutulur.