Ararat (Ermənistan) Respublikasının Azərbaycanın Qarabağ bölgəsində Soyqırımı və Etnik Təmizləmə Siyasəti (1918-1920)

Bu məqalədə Ararat (Ermənistan) Respublikasının 1918-1920-ci illərdə Azərbaycanın Qarabağ bölgəsində həyata keçirdiyi soyqırımları, hərbi təcavüzü və regiondakı beynəlxalq vəziyyət ətraflı araşdırılmışdır. Tədqiqat zamanı mənbələr əsasında yeni faktlar aşkarlanmış və mühüm nəticələr əldə edilmişdir.Məqalədə qeyd edilən 15 avqust 1919-cu il razılaşması ilə Qarabağda yaşayan azsaylı ermənilər Azərbaycan hakimiyyətini tanıyır, Qarabağın Azərbaycan torpağı olmasını etiraf edirlər. Razılaşmanın şərtlərindən o da məlum olur ki, ermənilər azərbaycanlıları Qarabağdan getməyə məcbur edərək etnik təmizləmə siyasəti həyata keçiriblər. Tədqiqatın nəticəsində məlum olur ki, Azərbaycan hökuməti 1918-1920-ci illərdə Qarabağı Ermənistan Respublikasının hücumundan, soyqırımı və etnik təmizləməsindən xilas etmək üçün əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Azərbaycan hökumətinin diplomatik manevrləri, düşünülmüş xarici və daxili siyasəti nəticəsində Ermənistan hökuməti 1918-1920-ci illərdə işğalçılıq siyasətini həyata keçirə bilmədi və Qarabağ bölgəsi Azərbaycanın tərkibində qaldı.Məqalənin yazılmasında arxiv sənədləri, sənəd və materiallar toplusu, Azərbaycan və rus dillərində nəşr olunan elmi ədəbiyyatlardan istifadə edilmişdir. Azərbaycanlıların soyqırımını, Dağlıq Qarabağla bağlı haqlı mövqeyimizi beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından məqalənin elmi və praktik əhəmiyyəti vardır.

The Policy Of Genocide And Ethnic Cleansing Of The Republic Of Ararat (Armenia) In The Karabakh Region Of Azerbaijan (1918-1920)

This article investigates the genocide committed by Armenians in Karabakh in 1918-1920, the military aggression of the Republic of Armenia to the Karabakh region of Azerbaijan Democratic Republic and its consequences, the international situation in the region based on sources and scientific literature. During the research, new facts were revealed based on sources related to the topic, and significant results were obtained. With the agreement detailed in the article dated 15 August 1919, few Armenians living in Karabakh recognized the Azerbaijani government and accepted that Karabakh is the Azerbaijan region. It is understood from the terms of the agreement that the Armenians follow an ethnic dissolution policy and forced the Azerbaijanis to leave their lands. The Azerbaijanis, who had to leave due to the political actions of the Armenians, were allowed to return to their land without barriers.As a result of the research, it is understood that the Azerbaijani government took important steps to save Karabakh from Armenian aggression, genocide and ethnic cleansing in the 1918-1920s, established a local government and sent troops to protect internal discipline. As a result of the diplomatic maneuvers and well-thought foreign and internal policies of the Azerbaijani government, the Armenian government could not implement the occupation policy in 1918-1920 and the Karabakh region remained the land of Azerbaijan. Documents, collections of documents and materials, scientific literature published in Azerbaijani and Russian languages were used in writing the article. The scientific importance of the article is too big in terms of informing the world community about the genocide of Azerbaijanis and our just position on the Nagorno Karabakh issue.

___

  • ALİZADE, Z., Armyano-Azerbaydzanskie Politicheskie Otnoshenie v XX v. Baku: Elm, 2010. ƏLİYEV, V., Zəngəzurda qalan izimiz. Bakı: Nurlan, 2004.
  • GÖZƏLOVA, N., Azərbaycanın türk-musəlman əhalisinin soyqırımı Britaniya Kitabxanasının arxiv sənədlərində (1918-1920), Bakı: Turxan, 2014.
  • MAHMUDOV, Y., Real tarix və "Böyük Ermənistan" uydurması, Bakı: Turxan, 2014.
  • MAHMUDOV, Y., ve ŞÜKÜROV K., Qarabağ: Real tarix, faktlar, sənədlər, Bakı: Təhsil, 2005.
  • MAMEDZADE, N., Genocid Azerbaydjancev v Karabaghskom Regione Azerbaydjana (1918-1920), Baku: Turxan IPO, 2014.
  • MƏMMƏDOV, N., Akademik Yaqub Mahmudov yaradıcılığında Qarabağ mövzusu, Bakı: Avropa nəşriyyatı, 2018.