Ərəb-Xəzər Müharibəsi və Azərbaycan

Ərəblər və xəzərlər arasındakı ilk əlaqə raşidi xəlifəsi Ömər ibn Xəttabın (634-644) dövrünə təsadüf edir. Ərəblər və xəzərlər arasındakı münasibətləri hərbi-siyasi, dini-mədəni və iqtisadi əlaqələrə bölmək olar, hərbi-siyasi əlaqələrin aktiv dövrü 642-656, 681-737-ci illər və Abbasilər xilafətinin (750-1258) ilk 60 ilinə təsadüf edir. Abbasi xəlifə Harun ər-Rəşidin dövründən (786-809) başlayaraq tərəflər arasında iqtisadi əlaqələr daha çox inkişaf etmişdir.Ərəb-Xəzər qarşıdurması ərəb qoşunlarının Azərbaycanın bir çox şəhərlərini, o cümlədən Dərbəndi sülh yolu ilə ələ keçirməsindən sonra baş verdi. Orta əsr ərəb mənbələrində xaqanlığa hücum edən ərəblər haqqında bir çox məlumat verilmişdir. Ərəblərin məşhur sərkərdə Salman ibn Rəbiənin başçılığı ilə 643-cü ildə Bələncər şəhərinə hücumu Ərəb-Xəzər müharibələrinin başlamasına səbəb oldu.Hərbi əməliyyatlar əsasən Azərbaycan və ona bitişik ərazilərdə baş verdiyi üçün ən çox Azərbaycan xalqı əziyyət çəkirdi. Ərəb-Xəzər müharibələri dövrü, əsasən, Əməvilər (661-750) dövrünə təsadüf edir. Bu dövrü Xəzər-türk dövlətçiliyinin birinci hissəsi kimi qiymətləndirmək olar. Bu dövrü, Xəzər dövlətinin yaranması, möhkəmlənməsi, ərazilərinin genişləndirilməsi, ən başlıcası isə, Ərəb xilafəti kimi güclü ideoloji silahla silahlanmış bir imperiyanın şimala doğru yürüşünün qarşısını məharətlə ala bilən bir güc kimi xarakterizə edə bilərik.

Arab-Khazar war and Azerbaijan

The first contact between the Arabs and the Caspian Sea dates back to the time of Rashid Khalifa, Omar bin Khattab (634-644). Conventional, the relations between Arabs and Khazars can be divided into military-political, religious-cultural and economic relations, the active period of military-political relations coincided with the first 60 years of the 642-656, 681-737, and the Abbasid caliphate (750-1258) is. From the era of Khalifa Aaron (786-809), the economic relations between the parties have developed much more. The Arab-Khazar conflict took place after the Arab armies captured many Azerbaijani cities, including the Derbent, peacefully.In the medieval Arabic sources, much information was given about the Arabs who attacked the khanate. The Arab invasion into Balandjar in 643 led by the famous military commander Salman bin Rabiah caused the Arab-Khazar wars. Most of the Azerbaijani people suffered because of military operations mainly in Azerbaijan and adjacent territories. The period of Arab-Khazars wars coincides mainly with the Abyssites (661-750). This period can be considered as the first part of the Khazar-Turkish statehood. We can characterize this period as the emergence, consolidation of the Khazar state, the expansion of its territory, and, most importantly, a powerful force capable of preventing the northern invasion of an empire armed with powerful ideological weapons such as the Arab Caliphate

___

  • XƏLİFƏ İBN XƏYYAT, Tarixu Xəlifə bin Xəyyat, II cild, ər-Riyad: təbatis-səniyəti, h.1405/m.1985.
  • ARTAMONOV M.İ, İstoriya hazar, Leninqrad: İzd. Qos. Ermitaja, 1962.
  • PLETNOVA S.A, Hazarı, evrei i slavyane. Tom 16, hazarı i hazarskiy kaqanat izd. Qeraşim most, Kulturı 2005 q, 568 st.