ÜMUMTÜRK ƏDƏBİYYATINDA “DASTAN” ANLAYIŞI

Dastançılıq xalqın bir neçə əsrlik milli-məişət həyatını gözəllik və əlvanlığı, təzad və ziddiyyətləri ilə özündə əks etdirən öncül bədii düşüncənin məhsuludur. Epik ənənə sadə təhkiyəçilikdən peşəkar ifaçılığa qədər inkişaf yolu keçmiş, milli dastan yaradıcılığı üçün erkən zəmin hazırlamışdır. Tədqiqatçılar mif formulalarını “qədim türk dastanı” vahidi kimi qəbul edib, dastan mətni kimi tədqiqata cəlb edirlər. Qədim türkün epik təfəkküründə daha qüdrətli  bir yaradıcılıq ənənəsi –xalq nəsri formalaşmışdı. Baxşı yaradıcılığının yekunu kimi Mərkəzi Asiya eposu yaddaşda hələ yekunlaşıb başa çatmamışdır.      Bu regionun eposçuluq ənənəsindəki epik-romantik yaradıcılıq üslubu sonrakı dövr dastan yaradıcılığı üçün eyni, oxşar və analoji koordinatlarda davam etməkdədir. “Dastan” sözü çoxmənalı söz kimi bacarıq, məharət, hiylə nümayiş etdirən, həm də qəhrəmanlıq, sevgi macərasını əks etdirən əhvalat deməkdir. Bir istilah kimi  bu söz musiqi havası, melodiya və b. mənalarda işlənməkdədir. Qədim türk dastanı əsasən e.ə I minilliyin ortalarında meydana çıxmışdır. Lakin epos ənənəsinə uyğun olaraq, daha qədim dövrlərin hadisələri, ictimai, etnik, estetik əhval-ruhiyyəsi də onlarda öz əksini tapmışdır. Məqalədə türk epos mədəniyyətinin  üç mərhələsindən (  Qədim, Orta əsrlər, Yeni dövr türk epos mədəniyyətindən bəhs olunur. Türk-oğuz epik ənənəsinin əsas daşıyıcısı olan oğuznamələrin erkən orta çağlardan başlayaraq Şərq-islam konteksti daxilində öz əvvəlki fəal tarixi mövqeyini itirdiyi vurğulanır.

___

  • Azərbaycan Dastanları (2005). Beş ciliddə. I cild. Bakı, “Lider nəşriyyat”, 392 səh.
  • Cəfərov, N. (1999). Eposdan Kitaba. Bakı.
  • Cəfərov, N. (2004). Qədim Türk Ədəbiyyatı. Bakı, 322səh
  • Jirmunski, M. (1961). Skazaniye ob Alpamışe i Boqatrskaya Skazka. Moskva.
  • Kiselyov, S. V. (1951). Drevnyaya İstoriya Yujnoy Sibiri. Moskva.
  • Nəbiyev, A. (2002). Azərbaycan Xalq Ədəbiyyatı. Bakı, 678 səh
  • Nəbiyev, A. (2006). Azərbaycan Xalq Ədəbiyyatı. 2 ciliddə, II cild (Orta Əsr və Yeni Dövr Folklor Yaradıcılığı), Bakı, “Elm” nəşriyyatı, 648 səh.
  • Nəbiyev, A. (2009). Azərbaycan Xalq Ədəbiyyatı. Bakı, “Çıraq".
  • Təhmasib, M. H. (1972). Azərbaycan Xalq Dastanları (Orta Əsrlər) Bakı.
  • Жирмунски, В. М. (1974). Тюрский Героический Епос, Moskva.
  • Проп, В. Й. (1958). Русский Героический Эпос, Moskva.