AĞAMUSA AXUNDOVUN YARADICILIĞINDA AZƏRBAYCAN NƏSRİNİN DİL PROBLEMLƏRİ

Nəsr dili Ağamusa Axundovun yaradıcılığında xüsusi tədqiqat obyekti olaraq dərindən və ətraflı araşdırılmış, janrın dil-üslub problemlərinin ən mühüm məsələləri haqqında orijinal elmi-nəzəri mülahizələr yürüdülmüşdür. Nəsr dilinin tədqiqi və təhlili görkəmli dilçilik mütəxəssisinin araşdırmalarında sistemli və ardıcıl şəkildə şərh olunmuş. Azərbaycan filologiyasında poetik linqvistikanın inkişafında müstəsna rol oynamışdır. Nəsrin dil sənətkarlığına diqqət müəllifin bu sahəyə dair elmi-nəzəri mühakimələrinə stimul verdi və nəsr dili A.Axundov tərəfindən günün ən vacib estetik tələbləri səviyyəsindən qiymətləndirildi, nəsr üslubun mühüm və başlıca prinsiplərinin filoloji şərhi geniş vüsət aldı. A.Axundov dilimizin dillə bağlı konsepsiyalarının ən mühüm məziyyətlərini işıqlandırmaq istiqamətində diqqətəlayiq xidmətlər göstərdi. Azərbaycan nəsrinin tükənməz dil materialları əsasında yazıçılarımızın sözə yiyələnmə səviyyəsi, ondan istifadə spesifikası barədə dilşünas alimin mühakimələri orijinallığa və aktuallığa malikdir.
Anahtar Kelimeler:

dil, nəsr, üslub, janr, yazıçı

Language Problems of Azerbaijani Prose in the Works of Agamusa Akhundov

Prose language was studied in depth and in detail in the works of Agamusa Akhundov as an object of special research, original scientific-theoretical considerations were made on the most important issues of language and style of the genre. The study and analysis of prose language has been systematically and consistently interpreted in the research of a prominent linguist. He played an exceptional role in the development of poetic linguistics in Azerbaijani philology. Attention to the language of prose stimulated the author's scientific and theoretical judgments in this area. And the language of prose was estimated by A. Akhundov at the level of the most important aesthetic requirements of the day, philological interpretation of important and basic principles of prose style was enlarged. A. Akhundov provided remarkable services in highlighting the most important merits of our language concepts related to language. Judgments of the linguist on the level of word acquisition of our writers on the basis of inexhaustible language materials of Azerbaijani prose and the judgments of the linguist on the specifics of its use have originality and relevance.

___

  • Axundov, A. (1985). Dilin Estetikası. Bakı: Yazıçı.
  • Axundov, A. (1991). Azərbaycan Dili: Problemlər, Vəzifələr. Ədəbiyyat Qəzeti.
  • Əliyeva, K. (2017). Azərbaycanda Ağamusa Axundovun Riyazi Dilçiliyin Inkişafında Rolu. Akademik Ağamusa Axundovun 85 Illiyinə Həsr Olunmuş “Ağamusa Axundov və Azərbaycan Filologiyası”. Beynəlxalq Elmi Konfransının Materialları. 115-116.
  • Mehdiyeva, S. (2017). Akademik Ağamusa Axundov və Ədəbi Dil Məsələləri. Akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan Filologiyası” Beynəlxalq Elmi Konfransının Materialları. 80-85.
  • Seyidəliyev, N. (2017). Ağamusa Axundov Yaradıcılığında Dil və Ədəbiyyat Problemləri. Akademik Ağamusa Axundovun 85 illiyinə həsr olunmuş “Ağamusa Axundov və Azərbaycan Filologiyası”. Beynəlxalq Elmi Konfransının Materialları. 124-127.