Xalq Epik Yaradıcılığında Təkrarlar

Təhkiyyəşünaslıq, narrotologiya müasir ədəbiyyat nəzəriyyələrinin əsas istiqamətlərindən birini təşkil edir. Təhkiyyə, onun elementləri, strukturu, inkişaf dinamikasının tədqiqi və tətbiqi yolu ilə mətnin bir çox spesifik xüsusiyyətlərini araşdırıb müəyyənləşdirmək, onun dərin qatlarına enmək mümkün olur. Nəzəriyyəçilər tərəfindən yazılı ədəbiyyatda təhkiyyənin öyrənilmə mexanizminin əsasən müəyyənləşdirilməsinə baxmayaraq xalq ədəbiyyat mətnlərinin tədqiqində bu nəzəriyyənin inkişafına ehtiyac var. Xalq epik yaradıcılığı özünəməxsus təhkiyyə xüsusiyyətlərinə malikdir. Türk, eləcə də ural-altay xalqlarının mifoloji mətnlərində, əfsanə, nağıl və eposlarda, ümumiyyətlə epik mətndə təkrarlar həm forma, həm də məzmunla bağlı funksiya yerinə yetirən mühüm elementlərdir. Onlar epik yaradıcılıq əsərlərini, söyləyicilik mədəniyyətini səciyyələndirən əsas xüsusiyyətlər sırasına daxildir. İlk baxışda formal təsir bağışlayan təkrarlar epik yaddaşla bağlıdır və başlanğıcını qədim ayinlərdən alır. Bu qədim ayin üsulu ilə dastançılar dinləyicilərin diqqətini cəlb edir, onları təsirdə saxlayırdılar. Məqalədə təkrarların yaranmasının əsas istiamətləri haqda məlumat verilir. Həmin xüsusiyyətin aqlyutinativ dillərin genetik əlamətləri ilə bağlı olması əlaqələndirilib izah olunur. Məsələni əsalandırmaq üçün “Qeser”, “Dədə Qorqud”, “Maaday-Qara” və s. dastanlardan mümunələr gətirilir. Monqol, türk söyləyicilik sənətində mühüm yer tutan “seqdaralqa”, “turelqe” ifaçılıq xüsusiyyətinin əhəmiyyəti və ənənəviliyi araşdırılır.

Repetitions in Folk Epic Creativity

Storytelling and narrotology are one of the main directions of modern literary theories. Through the study and application of the storytelling and its elements, structure, dynamics of development, it is possible to study and identify many specific features of the text, to define its deeper layers. Despite the fact that theorists have largely defined the mechanism of the study of prose in written literature, there is a need to develop this theory in the study of texts of folk literature. Folk epic creativity has its own peculiarities. Repetitions in the mythological texts, legends, tales and epics of the Turkic and Ural-Altai peoples, as well as in an epic text in general are important elements that perform a function related to both form and content. They are among the main features that characterize epic works of art, the culture of narration. At first glance, repetitions that have a formal effect are associated with epic memory and have their origins in ancient rites. With this ancient ritual, the narrators attracted the attention of the audience and impressed them. The article provides information on the main directions of repetition. This feature is explained in connection with the genetic characteristics of agglutinative languages. To substantiate the issue, examples from the sagas Geser, Dede Gorgud, Maaday-Gara etc. are evaluated. The importance and tradition of “seg-daralga”, “turelge” performance features, which play an important role in the art of narration of Mongolian and Turkish are studied.

___

  • Azərbaycan Ədəbiyyatı Tarixi (2004). “Şifahi xalq ədəbiyyatı”. Altı cilddə, I cild. Bakı: Elm.
  • Cəmşidov, Ş. (1999). Kitabi - Dədə Qorqud. Bakı: Elm.
  • Əliyev, O. (2001). Azərbaycan Nağıllarının Poetikası. Bakı: Səda.
  • Qatsak, V. (1989) Ustnaya Epiçeskaya Traditsiya vo Vremeni. Moskva: Nauka.
  • Qeroiçeskiy epos o Qesere (1989). İrkutsk: İzdat. Qos. Universiteta.
  • Qumilyov, L. (1993). Qədim Türklər. Bakı: Gənclik.
  • Lipets, R. (1984). Obrazı Batıra i Ego Konya v Tyurko-Monqolskom Epose. Moskva: Nauka.
  • Neklyudov, S. (1982). Monqolskiye Skazaniya o Qesere. Novıye zapisı. Moskva: Nauka. Puxov, İ.V. (1973). “Maaday-Qara”. Altayskiy Narodnıy Geroiçeskiy Epos. Moskva: Nauka.
  • Rayxl, K. (2008). Tyurkskiy Epos: Traditsii, formı, poetiçeskaya struktura. Moskva: İzdatelstvo “Vostoçnaya literatura”.
  • Rinçinov, G.B. (2006). Janrovaya Spesifika Uligerov Hori-Buryat. (Dissertatsiya Kandidata Filologiçeskih Nauk), İnstitut Mongolovedeniya, Buddologii i Tibetologii SO RAN, Ulan-Ude. https://www.dissercat.com/content/zhanrovaya- spetsifika-uligerov-khori-buryat/ sitesinden erişildi.
  • İstoriya drevnego Mira. (1989). I tom. Моskva: Nauka.