Xanimana Əlibəylinin Dramlarinda Millî Ruhu Əhtiva Edən Poetik Nümunələr

Həyatı, ətraf aləmi, dövrü, zamanı dramturgiyada əks etdirmə digər janrlara nisbətən daha çətin və mürəkkəbdir. XX əsrin ortalarında Azərbaycan uşaq dramaturgiyasını və teatrını öz pyesləri ilə zənginləşdirən sənətkarlardan biri Xanımana Əlibəyli olmuşdur. Uşaq dramaturgiyasının dəyərli nümunələri sırasında olan bu pyeslər yеni nəslin tərbiyəsində əhəmiyyətli rоl оynаmışdır. Xanımana Əlibəylinin yaradıcılığı humanist ideyaları təbliğ edən fikirləri ilə seçilir. Şairə elə mövzular seçib ki, dövrdən asılı olmayaraq, əsərləri hər zaman müasir səslənir, aktuallığı ilə diqqət çəkir. Onun pyeslərinin əksəriyyəti alleqorik səpkidə qələmə alınıb, fikirlərini rəmzi adlar, eyhamlar vasitəsilə çatdırır. Tədqiqaçılar 1960-90-cı illər ədəbiyyatını səciyyələndirərkən bu dövrdə daha çox tarixi yaddaşın bərpası, milli-mənəvi dəyərlərə və kökə söykənən məqamların qabarıq nəzərə çarpasından bəhs açmışlar. Xanımana Əlibəylinin də dram əsərləri zamanın tələbini ehtiva etmə gücünə malik olmuşdur. Qarabağ problemi şairəni də olduqca narahat edirdi. Xanımana Əlibəyli çox böyük məharətlə bu hadisəni xatırlatmaqla uşаqlаrın təfəkkür tərzinin, mənəvi-əхlаqi tərbiyəsinin inkişаfınа, onlarda vətənpərvərlik duyğularının fоrmаlаşmаsınа çalışmışdır. Xanımananın dram yaradıcılığında folklordan istifadə geniş şəkildə özünü göstərir. Nağıllardan bəhrələnən sənətkar daha çox romantik ruhlu pyeslər yaratmağa üstünlük vermişdir. Onun pyesləri uşaq dramaturgiyasını yeni-yeni ideyalarla, obrazlarla zənginləşdirmiş, xüsusən də nаğıl mоtivləri əsаsındа qələmə аlınmış pyеsləri öz ətrаfınа çохsaylı охucu və tаmаşаçı yığа bilmişdir.
Anahtar Kelimeler:

poetik, dram, uşaq, səhnə, milli ruh

Poetic Examples Containing National Spirit in Hanımana Alibeyli's Dramas

Reflecting the life, world, period and time in dramaturgy is more difficult and complex than other genres. In the middle of the 20th century, Alibeyli Hanımana is one of the artists who enriched the Azerbaijani children's theater with her plays. These plays, which are among the valuable examples of children's drama, played an important role in raising the new generation. Alibeyli Hanımana's works stand out with her ideas supporting humanism. The poet has chosen such themes that regardless of the period, her works always look modern and attract attention with their relevance. Most of her plays were written in an allegorical style, conveying her ideas with symbolic names and clues. In describing the literature of the 1960s and 1990s, researchers talked more about the restoration of historical memory and the prominence of national and spiritual values and roots. Alibeyli Hanımana's plays also had the power to meet the demands of the period. The Karabakh problem also worried the poet. Alibeyli Hanımana, by reminding this event with great skill, tried to develop children's thinking, moral and ethical upbringing and to create a sense of patriotism in them. The use of folklore in the drama of Hanımana shows itself widely. The artist preferred to create more romantic games by making use of fairy tales. Her plays enriched children's drama with new ideas and images, which attracted the attention of many readers and spectators, especially plays based on fairy tale motifs.

___

  • Akimova, Elnarə; (2019, 22 iyul); “Günəşi içənlərin türküsü”, “Ədəbiyyat qəzeti”, Bakı.
  • Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivi. Fond 438. Siyahı. №1
  • Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət arxivi. Fond 438. Siyahı. №2
  • Belinskiy, Vissarion; (1961, N6); “O detskoy psixoloqii”. Jurnal “Semya v şkole”.
  • Əbilov, İmamverdi; (1971, 27 oktyabr ); “Kiçiklərin böyük tələbi”, “Kommunist” qəzeti.
  • Əlibəyli, Xanımana; (2008); Əsərləri, İki cilddə. II cild. Bakı: Avrasiya press.
  • Xəlil, Zahid; (2008); Seçilmiş əsərləri, VI cid, Bakı: ADPU nəşriyyatı.
  • Məmmədova, Sona; (2008); Azərbaycan uşaq dramaturgiyası 70-80-cı illərdə, Bakı. Dissertasiya.
  • Rəşid, Mina; (2019, 6 aprel); “Günəş olaram mən də”, “525-ci qəzet”, Bakı.
  • Rza, Rəsul; (1967); Mənim fikrimcə, Bakı: Azərnəşr.
  • Şəmsizadə, Nizaməddin; (2010, 25 iyun); “Ülviyyət aləminin poeziyası”, “Ədəbiyyat qəzeti”, Bakı.
  • Vurğun, Səməd; (2005); Seçilmiş əsərləri, Beş cilddə. V c. Bakı: Şərq-Qərb.