Mövlud Süleymanlının “Armud Ağacının Nağılı” və Elçinin “Talvar” Hekayələrində Dialektik Vəhdət və Harmoniya

Məqalədə Azərbaycan ədəbiyyatının 60- 70- ci illər nəslinə mənsub olan Mövlud Süleymanlının “Armud ağacı” və Elçinin “Talvar” hekayəsi müqayisəli şəkildə təhlilə cəlb olunur. Onların zəngin və çoxçalarlı yaradıcılığı fonunda dövrün real mənzərələri canlandırılır. Azərbaycan xalqının üzləşdiyi problemlər, insan xarakterinin açılmamış səhifələri ən incə məqamlarına qədər sərgilənir, təbiətlə cəmiyyətin harmoniyası məsələləri ön plana çəkilir. Hər iki hekayədə milli koloriti saxlayan və tarixi adət- ənənəni yaşadan, köhnə nəslin nümayən-dələri ilə yeni cəmiyyətin təmsilçiləri olan elmli, savadlı ziyalıların fikir və düşüncələrindəki ziddiyyətli məqamlar qarşılaşdırılır, yeniliklə köhnəliyin toqquşması prosesində yenilik köh-nəlik üzərində qələbə çalır. “Yeni nəsrin” və “yeni nəslin” nümayəndələri olan hər iki yazıçının yaradıcılığını birləş-dirən məqamlar, ideya və məzmun oxşarlıqları paralellər, müqayisələr əsasında təhlilə cəlb edilir. Mövlud Süleymanlı və Elçinin ədəbiyyatımızda milli kimlik anlamının yaradıcılarına çevrilərək həm də azad, müstəqil və demokratik bir dövlətin yazıçıları kimi yeni cəmiyyət uğrunda mübarizələri geniş şəkildə əksini tapır. Bütün bunlar bir daha göstərir ki, insanlar mental dəyərləri qoruyaraq yeni nəslə ötürməklə yanaşı, elmi- texniki tərəqqi ilə də hesablaşmalı olurlar. Çünki daima inkişaf edən cəmiyyətin tərəqqi və dəyişmələrlə müşayiət olunması fəlsəfi bir proses olduğundan onun yeniləşməsi insanların şüurunda, təfəkküründə və idrakında öz inikasını tapır. Bu təbii qanunauyğunluq həm Mövlud Süleymanlının “Armud ağacının nağılı”, həm də Elçinin “Talvar” hekayəsinin qanına-canına hopmuş, hər iki nəsr nümunəsini Azərbaycan ədəbiyyatında milli-mənəvi dəyərləri, xalqımızın həyat və məişətini, zəngin kolo-ritini, etnoqrafiyasını bütünlüklə özündə əks etdirən monumental əsərlər zirvəsinə yüksəlt-mişdir. 

Dialectical Unity and Harmony in Movlud Suleymanli's "Pear Tree" and Elchin's "Talvar" Stories

The article provides a comparative analysis of Movlud Suleymanli's "Pear Tree" and Elchin's "Talvar" stories, which belong to the generation of Azerbaijani literature of the 60-70 years. Against the background of their rich and multifaceted creativity, realistic landscapes of the time are revived. The problems faced by the Azerbaijani people, the unopened pages of human nature are exhibited to the smallest detail, the issues of harmony with nature and society are brought to the fore. Both stories compare the conflicting views of the older generation with the represent atives of the new society, preserving the national color and living the historical traditions, in the process of clashing between old and new. The points, similarities of ideas and content that unite the works of both writers of the "new prose" and the "new generation" are analyzed on the basis of parallels and comparisons. The struggles of Movlud Suleymanli and Elchin for a new society as writers of a free, independent and democratic state, who became the creators of the meaning of national identity in our literature, are widely reflected. All these shows once again that people have to keep in mind mental values and pass them on to the next generation, as well as scientific and technological progress. Because it is a philosophical process to accompany the constantly evolving society with progress and change, its renewal is reflected in the minds of people, thoughts and perceptions. This natural regularity permeated both Movlud Suleymanli's "Tale of the Pear Tree" and Elchin's "Talvar" story. He raised both examples of prose to the peak of monumental works in Azerbaijani literature, which fully reflect the national and spiritual values, life and livelihood of our people, rich color, ethnography.

___

  • Çonoğlu, Selim. Böyük yazıçı Elçinin 70 illiyinə.” 525-ci qəzet “, 18 dekabr 2013-cü il.
  • Elçin (2005); “Talvar”. Seçilmiş əsərləri (10 cilddə), 1-ci cild. Bakı: “Çinar-Çap” nəşriyyatı
  • Əfəndiyev, Asif (1976); Müdriklik səlahiyyəti. Bakı: “Gənclik” nəşriyyatı
  • Əmrahoğlu, Arif. Mövlud məhz elə tək getdiyi yolda Mövlud Süleymanlıdır. Azərbaycan jurnalı, Bakı,1993, № 6
  • Hüseynov, Akif (1986); Sənət meyarı. Bakı: “Yazıçı” nəşriyyatı
  • Süleymanlı, Mövlud (2006); “Armud ağacının nağılı”. Seçilmiş əsərləri. Bakı: “Şərq- Qərb” nəşriyyatı
  • Tağısoy, Nizami. Elçin yaradıcılığı : görünən və görünməyən tərəflər. “525- ci qəzet”, 15 aprel 2009-cu il.