Azərbaycanın Bab Əl-Əbvab (Dərbənd) Şəhərinin Erkən Orta Əsrlər Tarixi Ərəbdilli Mənbələrdə

Tarixdə qədim dövlətlərdən hesab olunan Azərbaycanın, özü kimi şəhərlərinin də tarixi qədimdir. Azərbaycanın qədim şəhərlərdən biri də Bab əl-Əbvab şəhəridir. Tarixi və coğrafi mövqeyinə, iqtisadi əhəmiyyətinə görə Bab əl-Əbvab orta əsrlərdə Azərbaycanla yanaşı, Yaxın və Orta Şərqin də ən məşhur şəhərlərindən biri olmuşdur. Ərəbdilli müəlliflərindən əl-Bəlazuri, əl-İstəxri, əl-Yəqubi, ət-Təbəri, Əsəm əl-Kufi, İbn əl-Fəqih, İbn Xordadbeh, İbn Havqəl, əl-Müqəddəs və başqaları Bab əl-Əbvab haqqında ətraflı məlumat vermişlər. Ərəbdilli müəlliflərin verdikləri məlumatlardan aydın olur ki, şəhərdə bir çox məşhur alimlər yaşamışdır. Onlardan Həkim ibn İbrahim ibn Həkim Dərbəndi, Hilal ibn Harun ibn Məhəmməd Dərbəndi və Əbu Bəkr Məhəmməd Dərbəndini qeyd edə bilərik. Həmçinin mənbələrdə dərbəndli yazarların nisbəsinin “əl-Babi” kimi də yazıldığının şahidi oluruq. Ərəbdilli mənbələrdə Bab əl-Əbvab böyük, məhsuldar, hasarlarla əhatələnmiş, strateji baxımdan əhəmiyyətli bir şəhər kimi qeyd olunur.

Early medieval history of Bab al-Abvab (Darband) city of Azerbaijan in Arabic sources

Azerbaijan, which is considered one of the oldest states in history, has an ancient history as well as its cities. Bab al-Abwab is one of the ancient cities of Azerbaijan. Due to its historical and geographical location and economic importance, Bab al-Abwab was one of the most famous cities of the Near and Middle East along with Azerbaijan in the Middle Ages. Among the Arabic-speaking authors of the middle century, al-Balazuri, al-Istakhri, al-Yaqubi, al-Tabari, Asam al-Kufi, Ibn al-Faqih, Ibn Khordadbeh, Ibn Hawqal, al-Muqaddas and others gave detailed information about Bab al-Abwab. It is clear from the information given by Arabic authors that many famous scientists lived in the city. Among them, we can mention Hakim ibn Ibrahim ibn Hakim Darbandi, Hilal ibn Harun ibn Muhammad Darbandi and Abu Bakr Muhammad Darbandi. Also, in the sources, we witness that the nisba of Darbandi writers is also written as “al-Babi”. In Arabic sources, Bab al-Abwab is mentioned as a large, fertile, walled, strategically important city.

___

  • Ağayev, R. (2017). Ərəb Xilafəti dövründə Azərbaycanın əhalisi. Turxan NPB.
  • Bakıxanov, A. (1991). Gülüstani-İrəm. AMEA nəşriyyatı.
  • Bünyadov Z. (1989). Azərbaycan VII-IX əsrlərdə. Azərnəşr.
  • Əbul Fida. (1840). Təqvim əl-buldan, Dər us-Sadr.
  • Əl-Bəlazuri. (1866). Futuhul-Buldan, Mətbəəti Biril.