AZƏRBAYCANIN QARABAĞ REGİONUNDA TÜRK KÖKƏNLİ MADDİ VƏ MƏNƏVİ MƏDƏNİYYƏT TARİXİNDƏN

Azərbaycanın dövlətçilik tarixi qədər onun regionlarından biri olan Qarabağın tarixi də qədim, mədəniyyət ənənələri zəngindir. Qarabağ regionu dünyanın ən qədim insan məskənlərindən biridir. Azıx düşərgəsindən başlayan Quruçay, sonrakı Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin biri digərini əvəz etməsi burada intensiv yaşayışın olduğunu təsdiq edir. Aparılmış tarixi-arxeoloji tədqiqatlar bu regionda həmin yaşayışın bütün aspektrərini şərh etməyə imkan verir. Eyni zamanda Qarabağ regionunda qədim, orta əsrlər, yeni və ən yeni dövrlərdə yaradılmış maddi və mənəvi mədəniyyət müasir tariximizin mədəni irsi kimi öz əhəmiyyətini saxladğı şərh edilir. Burada, şəhərlərin, tarix və mədəniyyət abidələrinin yaradılması, onların ölkənin və regionun tarixində yeri və rolu öz əksini tapır.

___

  • Azərbaycan tarixi, (1988), c.II, Bakı, s.15-21
  • Алиев, Кamal (1992), Античная Кавказкая Албания, Баку, ss. 238.
  • Qumilyov, Lev (1993), Qədim türklər, Bakı, ss. 450 s.
  • Hacıyev, Qasım (2010), Qarabağın maddi və mənəvi mədəniyyəti (Azərbaycan, ingilis, fransız dillərində). Bakı, 152 s.
  • Pontokaspi və Qafqaz Bölgəsi: ekosistemlərin birləşməsi və izolyasiyası şəraitində dəyişikliklər, canlıların filogenezi, geologiya, ekologiya və coğrafiyası. //Multidisiplinar Beynəlxalq Konfrans (onlayn). Bakı, 27-28 noyabr, 2020.
  • Шопен, Иван (1852), Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Cанкт-Петербург. 636.
  • Шопен, Иван (1896), Новые заметки на древнюю историю Кавказа и его обитателей. Cанкт-Петербург 336 с.
  • Вердиева, Хаджар, Гусейн-заде, Рауф (2003), «Родословная» армян и их миграция на Кавказ с Балкан. Баку 167 с.