Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması Türkiyə tarixşünalığında

XIX əsrin əvvəllərində çar I Aleksandrın Şərqi Gürcüstanın ilhaqına dair qərarı, Cənubi Qafqaz tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Bu hərəkət Azərbaycan torpaqlarının işğalına səbəb oldu. Azərbaycanda güclü bir dövlətin olmaması və ölkənin kiçik xanlıqlara bölünməsi bu işğalı daha da sürətləndirdi. Məqalədə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Türkiyə tarixşünaslığında Şimali Azərbaycanın siyasi vəziyyətinin öyrənilməsi, Azərbaycan xanlıqlarının Osmanlı, İran və Rusiya dövlətləri ilə siyasi əlaqələri, habelə Şimal Azərbaycanın çar Rusiyası tərəfindən işğalının başlanması məsələsi araşdırılmışdır.Azərbaycan xalqının müstəmləkə rejiminə qarşı mübarizəsi, Rusiya ordusu tərəfindən mülki şəxslərin vəhşicəsinə məhv edilməsi və Cavad xanın rəhbərliyi altında Gəncə xanlığının qəhrəman müdafiəsi Türkiyə tarixşünaslığında mühüm yer tutur. Məqalədə türk tarixçilərinin Qarabağ, Şəki, Şirvan, Dərbənd xanlıqlarının çar Rusiyası tərəfindən işğalına münasibətləri də əks olunmuşdur.Məqalə, Mehmet Saray, Sadiq Mufit Bilge, Nedim İpek, Cemal Gökce, Naki Keykurun (Şeyxzamanlı), Abdullah Saydam, Anıl Çeçen, Mustafa Budak və digər türk tarixçilərinin əsərləri əsasında tədqiq olunmuşdur. Problemin mənbə bazası da çox zəngindir. Başbakanlıq Osmanlı Arxivi (BOA) sənədləri və arxiv sənədlərinə əsaslanan kitablar problemlərin araşdırılmasında mühüm rol oynayır.

The beginning of the occupation of Northern Azerbaijan by Tsarist Russia in the historiography of Turkey

At the beginning of the 19th century, decision of Tsar Alexandr I on the annexation of Eastern GeorgiaIt marked the beginning of a new phase in the history of the South Caucasus. This act led to the occupation of Azerbaijani lands. The absence of a strong state in Azerbaijan and the division of the country into small khanates accelerated this occupation even more. The article discusses the study of the political situation of North Azerbaijan in Turkish historiography in the late XVIII and early XIX centuries, the political relations of the Azerbaijani khanates with the Ottoman, Iranian and Russian states, as well as the beginning of the occupation of Northern Azerbaijan by tsarist Russia.The struggle of the Azerbaijani people against the colonial regime, the brutal extermination of civilians by the Russian military and the heroic defense of the Ganja Khanate under the leadership of Javad Khan play an important role in the historiography of Turkey. The article also reflects the attitude of Turkish historians towards the occupation of the Karabakh, Sheki, Shirvan, Derbent khanates by tsarist Russia.The article is covered by the works of Mehmet Saray, Sadik Mufit Bilge, Nedim Ipek, Jamal Gokce, Naki Keykurun (Sheikhzamanli), Abdullah Saydam, Anyl Chechn, Mustafa Budak and other Turkish historians. The source base of the problems is also very rich. Documents from the Prime Minister of the Ottoman Archives (BOA) and books based on archival documents play an important role in investigating problems.

___

  • SAYDAM, A., Kırım ve Kafkas Göçleri (1856-1876), Ankara: Türk Tarih Kurumu, 2010. TAŞKIRAN, C., Keçmişten Günümüze Karabağ Meselesi, Ankara: Genelkurmay Basımevi, 1995. UMUDOĞLU V., “Kuzey Azerbaycanın Çar Rusiyası Tarafından İşğali ve Sömürgeçilige karşı Mücadele(1801-1828)”, Türk Dünyası Araştırmaları, Sayı 124 (2000): 55-76. UMUDLU V.U., Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğai olunması və müstəmləkəçilik əleyhinə mübarizə, Bakı: Elm, 2004. YÜCEL C., Dış Türkler, İstanbul: Hun Yayınları, 1976. YILDIZ M., Dünden Bugüne Kafkasya, İstanbul: Yitik Hazine Yayınları, 2006.