Ərəb Mənbələrində Arran Şəhəri Tiflis

Xilafət dövründə Arran deyildikdə əsasən Azərbaycan Albaniyasının əraziləri nəzərdə tutulurdu. Orta əsr ərəb mənbələri, səyyahları, coğrafiyaşünasları Tiflisin Arranda üçüncü böyük şəhər olduğunu qeyd edirlər. Eyni zamanda strateji əhəmiyyətinə görə Tiflisi İslamın sərhəd şəhəri adlandırıblar. Əhaliyə gəlincə Tiflisin əhalisi sünni məzhəbindən olan müsəlmanlardan ibarət olmuşdur. Şəhəri isə Cəfərilər sülaləsi idarə etmişdir. Bu ərazilərdə tarixən türk mənşəli buntürk və hunlar yaşamışlar. Tiflisdə türk mənşəli yer adlarının olması, Tiflisin cənubuna qədər olan ərazilərdə Azərbaycan türklərinin kompakt məskunlaşması, tədqiqatçılar tərəfindən əmirliyin tarixinin və mənşəyinin saxtalaşdırılması məsələsinə xüsusi diqqət yetirməyi daim aktual və zəruri edir. Ərəb müəlliflərinin əsərlərində Tiflisin Arranın – Albaniyanın – Şimali Azərbaycanın sərhəd şəhəri kimi qeyd edildiyi, əhalinin eynilə Azərbaycan əhalisi kimi sünni müsəlmanlar olduğu nəzərə çarpır. Gürcü mənbələri Tiflis ətrafı ərazilərdə qədimdən türk tayfalarının məskunlaşmasını qeyd etməklə buraların türk torpağı olduğunu qeyd etmiş, Tiflis haqqında ilk dəfə IV əsrin II yarısında, buranın Sasani qoşunları tərəfindən müdafiə qalası kimi istifadə edilməsindən sonra məlumat vermiş, bununla da şəhərin IV əsrə kimi onlara yad olduqlarını göstərmişlər.

Arab Sources on Arran city Tiflis

During the Arab Caliphate, all the lands of Albania were part of Arran. Medieval Arab historians say that Tiflis was the third largest town in Arran. Tiflis also described as a border town of Islam. The population of the city of Tiflis is composed of Muslims from the Sunni sect. City was under the jurisdiction of the Muslim Jafarid dynasty.The presence of Turkic origin in Tiflis the compact settlement of the Azerbaijan Turks in the southern part of Tiflis, and the fact that the researchers are paying special attention to the issue of the history and origin of the emirate are urgent and necessary. Georgian sources point to the location of the Turkic tribes in the surrounding areas of Tiflis, saying that these are Turkic lands, for the first time in the IV century of the IV century, after the use of the Sasani troops as a defensive fortress, showing that the city was remembered by the IV century. Arran, Tiflis, Curzan, Debil, Habib ibn Maslama, Salman ibn Rabia  

___

  • İBN XORDADBEH, Kitab əl-məsalik və-l-mamalik, Leyden: E.J.Brill. 1967. KALANKATUKLU, M., Albaniya tarixi. Mxitar Qoş – Alban salnaməsi. Müqəddimə, tərcümə, qeyd və şərhlər akademik Ziya Bünyadovundur, Bakı: “Elm” nəşriyyatı 1993. ŞIHABƏDDIN ƏBU ABDULLAH YAQUT, Mucəm əl-Buldən. II cild, Beyrut: Dar Sader, 1977. VƏLIXANLI, N.M., IX-XII əsr ərəb coğrafiyaşünas – səyyahları Azərbaycan haqqında, Bakı: Elm, 1974.