MİXAİL NUAYMNİN "ƏRQƏŞİN XATİRƏLƏRİ" ƏSƏRİNİN İDEYA XÜSUSİYYƏTLƏRİ

Məhşur ərəb yazıçısı Mixail Nuaymənin Ər­qə­şin xatirələri əsəri ideya-bədii xüsusiyyətləri, ədəbi-fəlsəfi fikirləri və ictimai xarakteri ilə ədibin yaradıcılığında özünəməxsus yer tutur. Povestdə sufizm fəlsəfi təlimi, xristianlıq dini, görkəmli rus yazıçısı L.N.Tolstoyun yaradıcılığı ilə səsləşən məqamlara təsadüf olunur. Mürəkkəb xarakteri və süjeti əsərin tədqiqatçılar tərəfindən Nuaymə yaradıcılığına məxsus orijinal və fərqli keyfiyyətlər baxımından dəyərləndirilməsinə səbəb olmuşdur. Geniş dünyagörüşü və zəngin qaynaqlara malik ərəb yazıçısının əsəri digər məşhur Mirdadın kitabı, Cibran Xəlil Cibran əsərləri ilə də ideya birliyinə malikdir. Əsərdə dünyanın faniliyi, ilahi eşq, fəqr məqamı, tənhalıq, tərkidünyalıq kimi ədəbi-fəlsəfi məsələlər Ərqaşın obrazı vasitəsilə ifadə olunmuşdur. Araşdırmada Ər­qə­şin xatirələri əsərində Mixail Nuaymənin təqdim etdiyi əsas fikirlər və əsərin ideya mənbələri öyrənilir.

THE İDEAS İN MEMOİRS OF A VAGRANT SOUL BY MİKHAİL NAİMY

Memoirs of a Vagrant Soul by Mikhail Naimy, with its artistic characteristics, literaryphilosophical ideas and social nature, has a special place among the creative works of the author. There are many ideas in the book which are in sync with the Sufi philosophical teachings, Christianity and the works of a prominent Russian writer, Leo Tolstoy. The book, thanks to its complex features and the plot, has drawn researchers to Naimy’s works which are very original and unique. Many ideas in this book are also compatible with the ideas in the author’s other wellknown books such as The Book of Mirdad and Khalil Gibran. The literary-philosophical matters such as the ephemeral world, divine love, humility, solitude, renunciation have been expressed through the protagonist Arqash in the book. The major ideas and their sources are examined in this research dedicated to Memoirs of a Vagrant Soul by Mikhail Naimy.