Heydər Əliyev və Gəncə Ədəbi Mühiti

Ümumilli lider, görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində ictimai həyatın bütün sahələrində olduğu kimi çoxəsrlik tarixi olan ədəbiyyatımızın da tərəqqisi naminə müstəsna xidmətlər göstərmişdir. Onun əsasını qoyduğu humanitar siyasət mədəni-intellektual həyatın bütün sahə və istiqamətlərində böyük canlanma yaratdı. Uzaqgörən siyasətçi yaxşı bilirdi ki, hər bir xalqın daxili dünyasının ən güclü dayağı, gələcəyinin ən uğurlu təminatı özəyində böyük mənəviyyat dayanan ədəbiyyatıdır. Buna görə də o, milli dəyərlərimizin, maddi və mənəvi sərvətlərimizin böyük əhəmiyyətini yüksək qiymətləndirərək münbit bədii yaradıcılıq məkanı formalaşdırdı. Məqalədə ümumilli liderin mili düşüncənin, milli kimlik amilinin qorunub saxlanılmasında ədəbiyyatı başlıca faktor kimi dəyərləndirilməsi məsələlərindən bəhs olunur. Araşdırmada həmçinin Gəncə ədəbi mühitinə H.Əliyevin diqqət və qayğısı onun ədəbiyyat siyasətində formalaşmış ənənələrin davamı kimi qiymətləndirilir.

___

  • Heydər Əliyev və mədəniyyət. (2008). Sov. İKP MK Siyasi Bürösu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın Birinci katibi H. Ə. Əliyevin Respublika yazıçılarının VII qurultayındakı nitqindən. 12 iyun 1981-ci il. (3 cilddə). (I cild). Elm.
  • Heydər Əliyev və mədəniyyət. (2008). Azərbaycan Yazıçılarının X qurultayındakı nitqindən 30 oktyabr 1997-ci il. (3 cilddə). (II cild). Elm.
  • Heydər Əliyev və Gəncə. (1999). Azərbaycan Respublikası Prezidentliyinə namizəd Heydər Əliyevin Gəncə seçiciləri ilə görüşdəki çıxışından. 7 oktyabr 1998-ci il, Qərb.
  • Heydər Əliyev və Azərbaycan ədəbiyyatı.(2009). Şərq-Qərb.
  • Həbibbəyli, İ. (2010). Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti və müasir dövr. Azərbaycan.
  • Məmmədova, Ş. (2014). Heydər Əliyev və Azərbaycan ədəbiyyatı məsələləri. Filolog.üz.fəl.dok.elmi dər.al.üçün təqdim olunmuş dissertasiyanın avtoreferatı. http://www/aak/gov/az/avtoref to mudaf/pdf to medaf/filol/filol n msa 13 12 14/pdf