Hacı Bayram Vəli Şeirlərində Özünüdərkin Struktur Troyektoriyası

XIV əsr Türk təsəvvuf şeirini   yaranmasında və inkişafında böyük rolu olan   övliya  şairlərdən biri də  Hacı Bayram Vəli (1352-1436 ) olmuşdur. Onun yaratdığı təsəvvuf məzmunlu şeirlər həm  özündən əvvəl  yaranan (Yunus Emre) təriqət poeziyasından  bəhrələnmiş, həm də özündən sonra yazıb –yaradan həm də (Məsələn: Yazıcızadə Məhəmməd Əfəndi hocasını öyərək deyirdi: Cihanın kutbi mahı Hacı Bayram, Cihanın şeyhi, şahı  Hacı Bayram)  təsəvvuf  şeirinə güclü təsiri olmuşdur Hacı Bayram Vəlinin  ünlü bir övliya olacağını hələ şairin dünyaya gəlməzdən əvvəl  haqqında  yaranan yarıhəqiqət, yarırəvayət  olan məlumatlardan görürük.     Bu   rəvayətlər sonradan həqiqətə çevrilərək haqqa   doğru yolçuluq edən övliya şairin əməllərində gerçəkləşdi.  Poeziyasında  təsəvvuf əhlinin  özünü bilməsi  ideyasını təbliğ edən şair  şeirlərinin birində deyir: “bilmək istərsən səni, can içrə ara canı, Keç canından bil onu, sən səni bil, sən səni” Təsəvvuf əhlinin kodlaşmasında ən    mühüm olan amillərdən biri və birincisi özünü bilməsidir. Belə bir  aforizim də var ki, “kəndini bilən, rəbbini bilər” prinsipi təsəvvuf elmində əsasın əsasıdır. Həyatı boyunca  haqqa doğrü yolçuluq edən şair   seyri-süluk boyunca   təsəvvuf  traktoriyası üzrə hərəkət etmişdir. O, təsəvvuf  elminin, sirlərini (şəriət, təriqət, mərifət, həqiqət) mükəmməl bilmiş və həyatı boyunca onlara əməl etmişdir. Həyatından məlum olur ki,  bir pirdən dərs alması,   bir dərgaha    qoyub getdiyi təriqətin sonradam  davamçılarının yetişməsi,   şairin haqqa doğru yolçuluğunun məziyyətlərini   bizə göstərir. Mütəsəvvuf şair  bunların bəzilərini əməli işlərlə yerinə yetirirdisə, bəzilərini isə, yəni Qurani-Kərimin ideyalarını şeir dili ilə insanlara  sevdirirdi. “Ey könul, tərk eylə sivayi maksudi aksayi  gör, Li məallah sirrinə ir mətləbi əl ayi gör” deyən şair     könlünə müraciət edərək, artıq  ilahi mətləblərin sirrindən agah olmasını ona  tövsiyə edir . Şairin yaradıcılığına arşdıran mütəxəsislər haqlı olaraq onun şerilərini  bir qisminin Yunus Əmrə təsirindən yarandığını göstərirlər. Hacı Bayram Vəlinin   bəzi şeirləri var ki, onların ifadə tərzi Yunusun şeirləri ilə üst-üstə düşür. “Çələbim bir şar yaratmış iki cihan arasında” misrası ilə başlayan şeiri Yunusun “Bu dünyanın məsəli bir ulu şara bənzər” misrası ilə başlayan şeiri ilə səsləşir.  

Structural Trajectory of Self-Understanding in Hadji Bayram Velis Verses

Hadji Bayram Veli(1352-1436 ) was one of saint poets, that played a major role in emergence and development of XIV century Turkish  tasawwuf poetry. Tasawwuf content verses created by him derive benefit from previous tasawwuf poet's poetry and also have a strong imfluence on further mythical poets.(forexample:Yazichizadeh Muhammed Afendi boastingly says about his master. Pole of Universe is Hadji Bayram King and sheykh of Universe is Hadji Bayram.)It was predicted that, Hadji Bayram Veli would become  a famous saint in halftrue, halflegendary knowledges that were occured long before his birth. These legends became true and realized in poet's actions, who goes toward Truth.In his verse poet populirazed idea for tarikat people of recognizing oneself and he said: If you want to know yourself, seek soul inside your soul, Leave behind your body, find it, know yourself, know yourself.In encoding of tarikat people a first most important factor is recognizing oneself. There is an aphorism, that “Whoever recognizes hisself, would recognize his Rab (Allah)” and this is main of basis of tasawwuf. Poet, during all his life  goes toward Truth,in  his salik always follows trajectory of tasawwuf principles. He perfectly knows all secrets otasawwuf science (shariat, tarikat, marifat, hagikat) and always follows them. From his lifepath knowledges we could learn, all advantages of his Truth searching path by informations about his training in one dergah, his closeness with that dergah, created a sect, growed number of followers of sect created and leaved behind by him. Part of it sufi poet fulfilled through his actions,while another part he accomplished by endearing ideas of Qur'ani-Kerim through poetry language.In one of his verse poet advised referring to his soul that,already needed to be aware of divine aspirations secrets.Specialists researched poet's creativity rightly suppose,that part of his verses was created under Yunus Emre's impact. Some of Hadji Bayram Veli's verses are quite similar in expression manner with Yunus Emre's poetry. His verse which begins with hemistich My God created one ball between two universes- has something in common with Yunus's verse, which begins like This world's adage is like a great ball.In this article will be researched  stages of poet's path toward Truth.

___

  • TURAN, Fatma, TURAN, Refik, ERDOGAN,Abdulkerim,2011, Horasanı Anadoluya, Anadolunu Balkanlara bağlayan menevi önder Hacı Bayram Veli., Böyükşeher Belediyyesi Yayın evi, Ankara.
  • DOĞAN, Abdulkerim, 2015, Ankaranın manevi mimarı Hacı Bayram-i Veli. Ankara Büyükıeher Belediyesi, Yayın evi, Ankara.
  • KARACA, Nurgül, 2011, Hacı Bayram Velinin aşikler üzerindeki etkisi, Ankara.
  • YAHYA, Benekay, 1996, Hacı Bayram Veli, Turan, 2004 . İstanbul.
  • KAMIL, Şahin, 1990, Hacı Bayram Velinin müderrisliği ve Melike hatun medresesi, Yayınevi, I.Hacı Bayram Veli Sempozyumu Bildirileri, Ankara.
  • GÖLPINARLI, Abdulbaqi, 1965,Yunus Emre. Risalat el-Nushiyye ve Divan. Turizm ve Tatıtma Dernegi Yayını, İstanbul.
  • TURAN, Refik, TUR, Fatmana, Erdoğan, Abdulkerim, 2011,Horasanı Anadoluya, Anadolunu Balkanlara bağlayan menevi önder Hacı Bayram Veli, Böyükşeher Belediyyesi, Yayınevi, Ankara.
  • YILDIRIM, Ayşe, 2008, Hacı Bayram Veli ve Tasavvufi Görüşleri, Basılmamış Yüksek Lisans Tezi, Çukurova Üniversitesi Sosyal Bilimler Enstitüsü, Adana.
  • TATÇI, Mustafa, 2016, Şeyx Mecdüddin Bayrami, Enes Basın Yayın ve Matbaacılık Ltd.Şti, İstanbul.