Erməni Vandalizminə Məruz Qalmiş Xocali-Gədəbəy Mədəniyyəti abidələrinin Naxçıvanda İzləri
Qarabağ Azərbaycanın ayrılmaz hissəsi, qədim mədəniyyət mərkəzidir. Əlverişli təbii-coğrafi mövqeyə, zəngin təbii sərvətlərə malik olduğu üçün qədim dövrlərdən insanlar bu ərazidə yaşamışlar. Buna görə də Qarabağda bir-birini əvəz edən arxeoloji mədəniyyətlərin, dövlətlərin izləri qalmaqda, zəngin tariximiz yaşamaqdadır. Qarabağ torpağında formalaşan qədim arxeoloji mədəniyyətlərdən biri Xocalı-Gədəbəy mədəniyyətidir. Orada bu mədəniyyətin daşyıcıları olan Xocalı, Ballıqaya, Dovşanlı, Axmaxı, Şuşa, Borsunlu, Sarıçoban, Bəyimsarov, Üçtəpə, Qaratəpə və digər abidələr var. Erməni vandalizmi nəticəsində bu abidələri dağıdılsa da Qarabağla yanaşı Şimalı və Cənubi Azərbaycanın bir çox yerlərində (Gəncəçay hövzəsində, Mingəçevirdə, Daşkəsəndə, Gədəbəydə, Qazaxda, Naxçıvanda, Urmiya gölü ətrafında və s.), Şərqi Gürcüstanda bu mədəniyyətin izləri qalmaqdadır. Naxçıvanda Xocal-Gədəbəy mədəniyyətinin daş yaddaşı olan abidələrimizə I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digərlər vardır. Onlardan Xocal-Gədəbəy mədəniyyəti ilə bağlı xeyli arxeoloji material aşkar olunmuşdur. Onlar Хоcalı-Gədəbəy mədəniyyətinin Azərbaycanın digər bölgələri kimi Naxçıvanı da əhatə etdiyini sübut edir.
___
- АБИБУЛЛАЕВ О.А. Энеолит и бронза на территории Нахичеванской АССР, Элм, Баку 1982, 314 с.
- АЛИЕВ В.Г. Культура эпохи средней бронзы Азербайджана, Элм, Баку 1991, 256 с.
- АЛЕКПЕРОВ А.К. Исследование по археологии и этнографии Азербайджана. АН Азербайджанской ССР, Баку 1960, 249 с.
- АСЛАНОВ Г.М., ИБРАГИМОВ В.И., КАШКАЙ С.М. Древние некрополы Хараба Гилана. Баку: Нурлан, 2003, 101 с.