Azərbaycanda İctimai-Siyasi Fikrin Formalaşmasında Neft Amili

Hər bir xalqın özünün milli sərvəti var. Azərbaycanın isə əsas milli sərvəti neftdir. Zaman - zaman bu sərvətə sahiblik etmək niyyəti dünya dövlətlərini bir-birinə qarşı qoymuşdur. Bu səbəbdən də Azərbaycan uzun müddət öz milli sərvətinə sahib çıxa bilməmişdir.XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində Azərbaycan çar Rusiyasının müstəmləkə əsarətində olmuşdur. Rusiya müstəmləkəçiliyi dövründə Azərbaycanın neft sənayesi xarici neft şirkətlərinin nəzarətinə verilərək milli kapital sıxışdırılmışdır. Müstəmləkə şəraitində neft sənayesində inkişaf olsa da, bu sahədəki gəlir əsasən xarici neft maqnatlarına və çar xəzinəsinə aid olmuşdur. Yaranmış vəziyyət milli sərvətin talanmasına və nəticədə milli sərvətə sahiblik hisslərinin artaraq istimai- siyasi fikrin formalaşmasına səbəb olmuşdur.

Oil factor in the formation of public and political opinion in Azerbaijan

Each nation has its own national resources. The main national resource of Azerbaijan is oil. From time to time, the intention of owning this wealth has brought the nations of the world against each other. Because of this, Azerbaijan had not been able to master its national wealth for a long time. At the end of the 19th century at the beginning of the 20th century Azerbaijan was in colonial slavery of Tsarist Russia. During the Russian colonization, the oil industry of Azerbaijan was under the control of foreign oil companies and the national capital was brought to bay. Despite the developments in the oil industry in colonial conditions, income in this area basically belonged to foreign oil magnates and tsar treasure. This situation has led to the plundering of national wealth and, as a consequence, an increase in the sense of ownership of national wealth and the formation of socio-political views.

___

  • MƏMMƏDOV, X., Azərbaycanın milli istiqlal mübarizəsi. XIX yüzilliyin sonları-XX yüzilliyin əvvəlləri. Bakı: Elm, 2005. SÜLEYMANOVA, S., Azərbaycanda ictimai-siyasi hərəkat XIX yüzilliyin sonu XX yüzilliyin əvvəlləri. Bakı: M.Ə.Rəsulzadə adına BDU-nin nəşriyyatı. Azərbaycan Dövlət Kitab Palatası, 1999. www.1news.az// AXC dövründə neft sənayesi ağır vəziyyətdən necə çıxarıldı?// (18.04.2019).