MAHMUD KAŞĞARİ

Mahmud Kaşğari nəinki ərəb dilçiliyinin Bağdad qrammatika məktəbinin, hətta bütöv ərəb dilçi­li­yi­nin fövqündə durur. Ərəb dilçiliyi ərəb xilafətində yaşayan müx­təlif xalqlardan olan, lakin ərəb dilində və ərəb dilinə aid əsərlər yazan dilçiləri əhatə etsə də, özündə birləşdirsə də, mahiyyətcə sahə dilçiliyidir, Azərbaycan dilçiliyi, rus dilçiliyi, gürcü dilçiliyi, ingilis dilçiliyi və s. kimi milli dilçilikdir. Mahmud Kaşğarinin dilçiliyi isə bəşəri dilçilikdir. Düzdür, Mahmud Kaşğari, bəzi ərəb dilçiləri kimi, 30, 40, 43, 50, 100 cildlik əsər yazmamışdır, cəmi dörd cilddən (əslində: üç cilddən) ibarət bir əsər yazmışdır (onun ikinci əsəri hələ tapılmamışdır, bəlkə də heç olma­mış­dır), lakin o, bu bir əsərdə dilçilikdə iki istiqamətin – iki məktəbin yox, iki cərəyanın yox, iki istiqamətin əsasını qoymuşdur: müqayisəli dilçilik və türkologiya.

MAHMUD KAŞĞARİ

Mahmud Kashgari grammar of the Arabic linguistics Baghdad school, is beyond even the entire of Arab linguistic. Different nations in the Arab Caliphate in Arabic linguistics, but the works of the Arabic language and Arabic language covered by the linguists, but united in itself, is essentially a field linguistics, the linguistics, Russian linguistics, Georgian linguistics, English linguistics and so on. Some of these linguistics are national. Mahmud Kashgar's linguistic is about human. However, Mahmud Kashgari, as some Arab linguists, 30, 40, 43, 50, wrote a 100-volume work, a total of four volumes (actually three volumes) has written a work of (his second work was not yet, and maybe never find), but it's a work in two directions linguistics - not two schools, two movements, but laid the foundations of two directions: comparative linguistics and Turkology.

___

  • 1.Prof. Ə.Ə.Rəcəbli. “Müqayisəli-tarixi dilçilik”. Bakı, “Elm və Təhsil”, 2017, 332 s.2.Prof. Ə.Ə.Rəcəbli. Dilçilik tarixi. I cild. Bakı, 20063. Prof. Ə.Ə.Rəcəbli. Qədim türk yazısı abidələri. I cild, Bakı, 20104. Prof. Ə.Ə.Rəcəbli. Qədim türk yazısı abidələrinin dili. I cild, Bakı, 2006