“Oğuznamə” Epik Ənənəsində İslami Görüşlər

Göründüyü kimi, islam dini “Oğuznamə” ənənəsində daim inkişaf edən, zənginləşən xətt üzrə davam etmiş, tanrıçılıq ənənəsinə transformasiya olunaraq, onu aradan qaldırmış və oğuz epik ənənəsinin bütün ruhuna hopmuşdur. “Oğuznamə” eposu oğuz türklərinin ana kitabı kimi onun düşüncə tarixinin bütün inkişaf səviyyələrini özündə əks etdirir. “Oğuznamə” türklərin milli şüur hadisəsidir. Oğuznamələrin meydana gəlməsinə səbəb olan bu türkçülük şüurudur. İslamın qəbulundan sonra türk mifoloji sistemində və epik ənənəsində əski mifoloji personajların yeni dini personajlarla əvəzlənməsi “Oğuznamə”ni “folkor və islam” probleminin öyrənilməsində əvəzsiz qaynağa çevirir.
Anahtar Kelimeler:

Folklor, islam dini, epik ənənə

___

  • 1. Azərbaycan folkloru antologiyası. I cild. Naxçıvan folkloru / Tərtib edənlər: T.Fərzəliyev, M.Qasımlı. Bakı: Sabah, 1994, 388 s.
  • 2. Azərbaycan folkloru antologiyası. XI cild. Şirvan folkloru / Toplayanı: S.Qəniyev. Tərtib edənlər: H.İsmayılov, S.Qəniyev. Bakı: Səda, 2005, 442 s.
  • 3. Azərbaycan folkloru antologiyası. XVI cild. Ağdaş folkloru / Toplayıb tərtib edən: İ.Rüstəmzadə. Bakı: Səda, 2006, 495 s.
  • 4. Əbülqazi Bahadır xan. Şəcərei-Tərakimə (Türkmənlərin soy kitabı). Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası N-PB, 2002, 146 s.
  • 5. Xalq yaddaşının izləri. Toplayan və tərtib edən: M.İsmayıl. Bakı: 2005.
  • 6. İsmayıl Rüstəm qızı M. Naxçıvan əfsanələri. Naxçıvan: Elm, 2008
  • 7. Kononov A.N. Giriş // Əbülqazi Bahadır xan. Şəcəreyi-Tərakimə (Türkmənlərin soy kitabı). Rus dilindən tərcümə edən, ön söz və göstəricilərin müəllifi və biblioqrafiyanın tərtibçisi İ.M.Osmanlı. Bakı: Azərbaycan Milli Ensiklopediyası N-PB, 2002, s. 9-42
  • 8. Qurani-Kərim / Ərəb dilindən tərcümə edənlər: Z.Bünyadov və V.Məmmədəliyev. Bakı: Azərnəşr, 1992
  • 9. Naxçıvan folkloru antologiyası. I cild. Tərtib edənlər: M.Cəfərli, R.Babayev. Naxçıvan: Əcəmi, 2009, 541 s.
  • 10. Rəşidəddin F. Oğuznamə. Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R.M.Şükürovanındır. Bakı: Azərbaycan Dövlət N-PB, 1992, 72 s.
  • 11. Rzasoy S. Nuh peyğəmbər haqqında Azərbaycan əfsanələri // “Axtarışlar (folklor, ədəbiyyat, dil, incəsənət və tarix)” jur., №1, Naxçıvan, 2012, s. 16-25
  • 12. Rzasoy S. Əbülqazi “Oğuznamə”sində mif və ritual. Bakı: Nurlan, 2013, 172 s.
  • 13. Tövhid nədir? İslam.az. (http://az.islam.az/article/a-230.html).
  • 14. Caferli M. Folklor ve Etnik-Milli Şuur. Türkiye Türkcesine Tercime Eden A.Altaylı. Ankara: Kültür Ajansı Yayınları, 2007