Yeni Sənaye Mərkəzi Daşkəsən (1940-1950-ci illər)

XX əsrin 40-ci illərində Azərbaycanda yeni sənaye mərkəzləri yaranmışdır. Belə sənaye mərkəzlərindən biri də Daşkəsəndir. Daşkəsən qiymətli yeraltı sərvətlərdən sənaye üsulu ilə istifadə edilməsi, filiz-mədən kombinatının, filizsaflaşdırma fabrikinin və Zəylik alunit mədəninin işə salınması sayəsində Vətənimizin hüdudlarından kənarda da çox məşhurdur. Şəhərin tarixi, onun inkişafı məhz həmin sənaye müəssisələrinin və mədənlərinin tarixi ilə qırılmaz sürətdə bağlıdır. Daşkəsənin bir çox sənaye mərkəzlərinin yaranıb inkişaf etməsində böyük rolu olmuşdur. Daşkəsən filiz rayonunu “Azərbaycan Uralı” adlandırırlar. Daşkəsən Zaqafqaziyada əsas alüminum, dəmir və başqa metallar almaq üçün xammal mənbəyi olduğundan Uralı bu cəhətdən xatırladır. Buradakı dəmir filizi yataqlarının böyük gələcəyə malik olmasını vaxtilə məşhur rus alimi D. İ. Mendeleyev, İ. M. Qurkin və başqaları söyləmişdir. 1893-cü ildə D. İ. Mendeleyev yazırdı ki, Daşkəsəndəki zəngin zəy daşı nə İtalyada, nə də Macarıstanda vardı. Məqalədə Daşkəsən şəhərinin formalaşmasını əsaslandıran iqtisadi-tarixi amillər araşdırılmışdır. Şəhərin yaranması üçün əsas olan iqtisadi elementlər açıqlanmışdır. Daşkəsənin şəhərə çevrilməsinin iqtisadi əsasları verilmişdir. Daşkəsənin şəhər kimi formalaşmasını sürətləndirən proseslər ümumiləşdirilmişdi. Məqalədə arxiv sənədlərindən, Daşkəsən haqqında müxtəlif ədəbiyyatlardan istifadə olunmuşdur.

New Industrial Center Dashkasan (1940-1950s)

In the 40s of the 20th century, new industrial centers were established in Azerbaijan. Dashkasan is one of such industrial centers. Thanks to the industrial use of valuable underground resources, the operation of an ore-mining combine, a mineralization factory, and the Zaylik alunite mine; Dashkasan is very famous even outside the borders of our country. History of the city and its development are inextricably linked with the history of those industrial enterprises and mines. Dashkasan has played a major role in the creation and development of many industrial centers. Dashkasan ore region is called "the Urals of Azerbaijan". Dashkasan is reminiscent of the Urals, as it is the main source of raw materials for buying aluminum, iron and other metals in Transcaucasia. The famous Russian scientist D. I. Mendeleev, I. M. Gurkin and others once said that the iron ore deposits here would have a great future. In 1893, D. I. Mendeleev wrote that the rich ore (zəy/alum) stone in Dashkasan was not found neither in Italy nor in Hungary. The article examines the economic-historical factors that justify formation of the city of Dashkasan. Economic elements that are the basis for creation of the city are explained. The economic basis of Dashkesan's transformation into a city is mentioned. The processes that accelerated the formation of Dashkasa as a city were summarized. The article used archival documents and various literatures about Dashkasan.