Pənahəli xan Cavanşir tərəfindən Qarabağın Alban-Xristian məliklərinin mərkəzi hakimiyyətə tabe edilməsi

Məqalədə Qarabağın Alban-xristian məliklərinin Qarabağ xanlığın banisi Pənahəli xan Cavanşir tərəfindən mərkəzi hakimiyyətə tabe etdirilməsi mövzusu araşdırılmışdır.İlk mərhələdə Alban-xristian məliklərinin Qarabağdakı tarixinə nəzər salınır, onlardan dördünün – Dizaq, Vərəndə, Çiləbörd və Talış (Gülüstan) məlikliklərinin Azərbaycanın müxtəlif bölgələrindən Qarabağa gəlmə, Xaçın məlikliyinin isə qədim Azərbaycan Alban sülaləsinin davamı olması qeyd edilmişdir. Tədqiqat çərçivəsində alban məliklərinin tarixinin erməni tarixçiləri tərəfindən təhrif edilməsi, tutarlı qaynaqlara istinad edilmədən uydurma tarix yaradılması xüsusilə qeyd edilmişdir. XVIII əsrdə erməni tarixçiləri tərəfindən “erməni” adlandırılan Qarabağın xristian əhalisinin əslində Azərbaycan albanları olduğu məsələsinə aydınlıq gətirilmişdir. Qeyd edilən dövrdə Qarabağda yaşayan alban məlikləri Rusiya çarı I Pyotra göndərdikləri məktubda özlərini erməni deyil, alban adlandırmışlar.Daha sonra, Pənahəli xanın Alban-xristian məliklərinin seperatçı meyllərinin qarşısını almaq üçün gördüyü tədbirlər, onların mərkəzi hakimiyyətə tabe etdirilməsi və bir sıra mühüm məsələlər ilkin qaynaqlar əsasında araşdırılmışdır.

The subordination of the Albanian-Christian Meliks of Karabakh to the central government by Panahali Khan Javanshir

The subordination of the Albanian-Christian Meliks of Karabakh to the central government by the founder of the Karabakh khanate Panahali Khan Javanshir, is investigated in the article.In the first stage, the history of the Albanian-Christian Meliks of Karabakh is overviewed; meliks of the four melikates - the Dizag, Varanda, Chilaberd and Talysh (Gulustan) were newcomers to Karabakh from different regions of Azerbaijan, and meliks of Khachin were the descendants of the ancient Azerbaijani Albanian dynasty. The distortion of the history of Albanian meliks by Armenian historians and the creation of a fictional history without reference to reliable sources were especially emphasized in the research. It has been illuminated the issue of the Christian population of Karabakh, called “Armenians” by Armenian historians in the 18th century. It is stated that the Christian population of Karabakh was actually Azerbaijani Albanians. The Albanian meliks living in Karabakh during the mentioned period, in a letter to the Russian Tsar Peter I, called themselves not Armenians, but Albanians. Further, the measures taken by Panahali khan to prevent the separatist tendencies of the Albanian-Christian Meliks of Karabakh, their subordination to the central government and a great deal of important issues were investigated on the basis of primary sources.

___

  • MUSTAFAYEV, T., “Qarabağ (Gəncə) bəylərbəyliyi XVIII əsrin I qərinəsində”, Azərb. EA Xə¬bərləri, ta¬¬rix, fəls. və hüquq seriyası, Bakı, 1988, №3.
  • MUSTAFAZADƏ, T. T., Qarabağ xanlığı, Sabah, Bakı 2009.
  • NƏCƏFLİ, G., Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə siyasi əlaqələri (XVIII əsrin II ya¬rısı), Nurlan, Bakı 2002.
  • PETRUŞEVSKİY, İ. P., “Qosudarstva Azerbaydjana v XV v., Sbornik statey po istorii Azerbaydjana, vıp. I., Baku, 1949, s. 153-224.
  • RAFFİ, Melikstva Xamsı (1600-1827): Materialı dlya novoy armyanskoy istorii (Per. s arm. L.Kazaryana; Predisl. B. Ulubabyana), Nairi, Yerevan 1991.
  • VELİÇKO V.L., Kavkaz. Russkoe delo i mejduplemennıe voprosı (SPb., 1904), Elm, Baku 1990.
  • YEREVANTSİ, S., Cambr. Pamyatnaya kniqa, zertsalo i sbornik vsex obstoyatelstv Svyatoqo prestola Eçmiadzina i okrestnıx monastırey, izd. Vostoçnoy literaturı, Moskva 1958.