Ötən əsrin 50-60-cı illərində Azərbaycan ədəbi prosesi və Yazıçılar İttifaqında ixtilaflar (1959-1960)

Məqalədə ötən əsrin 60-cı illərində Azərbaycanda ədəbiyyat və sənətdə müşahidə edilən yeni meyllər, yaradıcılıq təşkilatlarında gedən proseslər əhatə edilmişdir. Sənət və ədəbiyyatda bu illər 60-ıncılar kimi yadda qaldı. Lakin bu ifadə yalnız sənətə və ədəbiyyata aid deyildi, bütövlükdə düşüncə tərzi və idarəçilik sistemində baş vermiş liberalizmin təzahür forması idi. Şübhəsiz ki, sistemin yumşalması ədəbiyyat və sənətdə yaradıcılıq imkanlarını genişləndirdi. Həmin illərdə ədəbi prosesdə ənənəvi Sovet ədəbiyyatından fərqli yeni əsərlər, yeni obrazlar meydana çıxdı, musiqi və rəssamlıqda sistemdən daha çox vətəni, insanı, fərdi tərənnüm edən, onun milli düşüncələrini və ümumbəşəri duyğularını sənətin dili ilə təqdim edən yeni nümunələr yarandı. Lakin bütövlükdə 60-cı illərdəki Azərbaycan ədəbiyyatı, əvvəlki dövrdən fərqlənən sənət nümunələri kiçik istisnalarla partiya orqanlarının müəyyən etdiyi “formaca milli, məzmunca sosialist” yaradıcılıq laboratoriyasının məhsulu idi. Azərbaycan yaradıcılıq təşkilatlarında, xüsusilə 60-cı illərin birinci yarısında Yazıçılar İttifaqında səngimək bilməyən intriqalar, ixtilaflar, qarşıdurmalar yaxşı ədəbi nümunələr yaratmaq uğrunda deyil, daha çox mövqelər uğrunda, sistemin imtiyazlarından yararlanmaq uğrunda mübarizə idi.

The literary process of Azerbaijan in the 50-60s of the last century and disagreements in the Writers' Union (1959-1960)

The article highlights the new trends observed in the literature and art of Azerbaijan in the 60s of the last century, the processes taking place in creative organizations. In art and literature, these years are remembered as the 60s. But this expression referred not only to art and literature, it was a form of manifestation of liberalism that took place in the system of thinking and management in general. Undoubtedly, the softening of the system has expanded creative opportunities in literature and art. In those years, new works appeared in the literary process, new images, different from traditional Soviet literature, and in music and painting-new samples, more glorifying the motherland, man, personality, presenting its national thoughts and universal feelings in the language of art. But in general, Azerbaijani literature of the 60s, art samples that differ from the previous period, with a few exceptions, were the product of a creative laboratory, defined by party bodies as "National in form, socialist in content." The intrigues, disagreements, conflicts that could not end in the creative organizations of Azerbaijan, especially in the Writers' Union in the first half of the 60s, were not a struggle for the creation of good literary models, but rather for positions, for the use of the privileges of the system.

___

  • İsa Hüseynovun Çingiz Hüseynova məktubu, (27.08.1960). Çingiz Hüseynovun şəxsi arxivi.
  • Mehdi Hüseynin Axundova məktubu, 02.10.1959.ARPİİSSA, f.1, s.46, i.109, v.229.