Bayram Mədəniyyəti Folkor və Etnokulturoloji Kontekstdə

Məqalədə bir sıra tanınmış ədəbiyyatşünaslara, sosioloqlara istinad edilərək, bayram mədəniyyəti sosial, mədəni-tarixi fenomen olaraq araşdırılır. Xüsusilə bayram mədəniyyətinin folklor və etnokulturoloji tərəflərinə diqqət yönəldilir. Buna görə də bayramın folkor mahiyyətindən, Türk dünyasında geniş yayılmış Novruz və Qurban bayramlarının tarixi-etnoqrafik səciyyəsindən bəhs olunur. Məqalədə, həmçinin, sovet dövründə milli bayramların keçirilməsinə qarşı mübarizə, milli bayramlara qarşı aparılmış ideoloji-sosial eksperimentlər, onların iflasa uğraması da vurğulanır. Qeyd olunur ki, bayramın ənənələr sisteminin məhvi nəsillər arasında mədəni əlaqələrin zəifləməsinə, ənənə-varislik əlaqələrinin qırılmasına, sosial-mədəni məkanın birliyinin məhv olmasına gətirib çıxarda bilər. Məqalədə bayram mədəniyyətndən etnik özümlüyün qorunub saxlanmasını təmin edən birləşdirici gücə malik təbii bir proses olaraq bəhs olunur. Eyni zamanda xalqın tarixində əhəmiyyətli rol oynamış, amma unutdurulmuş, müstəqillik əldə etdikdən sonra yenidən yaddaşlarda oyanmış Bakının Qurtuluşu və Qarabağ müharibəsindən sonra yaranmış zəfər günündən, onların tarixi yaddaşın qorunmasında oynadığı roldan bəhs olunur. Məqalədə qeyd olunur ki, tarixi və mədəni yaddaşın yeni variantlarının yaradılması və bayramın köməyi ilə yaddaşda möhkəmlənməsi o zaman baş tutacaqdır ki, ənənədən gələn tarixi-mədəni varislik yalnız rəsmi bayram təqvimində deyil, həm də ictimai şüurda möhkəmlənəcəkdir.

Holiday Culture in the Folklore and Ethnocultural Context

The article refers to a number of well-known literary critics and sociologists and explores the culture of festivity as a social, cultural and historical phenomenon. Therefore, in the article especially the folklore nature of the holiday, the historical and ethnographic features of the Novruz and Gurban holidays widespread in the Turkic world are discussed. The article also highlights the struggle against the celebration of public holidays during the Soviet era, the ideological and social experiments carried out against public holidays, and their failure. At the same time, the article deals with the liberation of Baku, which played an important role in the history of the people, but forced to forget and revived in memory after gaining independence and the Victory Day after the Karabakh war and their role in preserving historical memory. The article notes that the creation of new variants of historical and cultural memory and the deeply ingraining in the memories with the help of the holiday will occur when the historical and cultural heritage of the tradition is fixed not only in the official holiday calendar, but also in the public conscience.

___

  • EKSLE, О., Кulturnaya Pamyat pod Vozdeystviyem İstorizma, Оdissey, Мoskva 2001.
  • EBÜLGAZİ, B., Şecerei-Terakime - Türkmenlerin soy kitab), (Çev. İ.M.Osmanlı), Azerbaycan Milli Ensiklopediyası N-PB, Bakı 2002.
  • GASIMOV, C., Novruz Bayramı Milli-Menevi Deyerlerin Repressiyası Kontekstinde, Nurlan, Bakı 2009.
  • GADAMER, G., Аktualnost Prekrasnogo, İsskustvo, Мoskva 1991.
  • LOTMAN, Y., Stati po Semiotike i Tipologii Кulturı, Аleksandra, Tallin 1992.
  • NORA, P., “Vsemirnoye Тorjestvo Pamyati”, Neprikosnovennıy Zapas, S. 2, Моskva 2005, s. 40-41.
  • RIKER, P., Pamyat, İstoriya, Zabveniye, Gumanitarnaya literatura, Моskva 2004.
  • RZASOY, S., Muğanlıda Novruz Karnavalı, Tbiliselebi, Tbilisi 2014.
  • ТOPOROV, V., Аrhaiçeskiy Ritual v Folklornıhi Ranne literaturnıh Pamyatnikah, Nauka, Moskva 1988.