Azərbaycan Respublikasının Təhsil Sisteminin Formalaşdırılması (1991-2011)

Azərbaycan Respublikasının prioritet sahələrindən biri olan təhsilin inkişafı XX əsrin 90-cı illərindən yeni məna kəsb etməyə başladı. Sovet buxovlarından azad olunan Azərbaycanın yeni ictimai-siyasi problemləri içərisində təhsilin keyfiyyətinin artırılması məsələsi xüsusilə fərqlənirdi. 1992-ci ildə Respublikada təsdiq olunan Təhsil Qanun tədris planlarının hazırlanması, ixtisasartırma və təkmilləşmə sahəsində yeni mexanizmlər irəli sürdü, müasir kadrların tədrisi ilə bağlı məsələlərə hüquqi əsas verdi. Təhsil sahəsində təkmilləşmə proseslərinin izlənilməsi və yeni perspektivlər üçün münbit şərait yaradılması baxımından təhsil sisteminin formalaşması tarixinin araşdırılması zəruridir. Cəmiyyətdə mühüm ictimai funksiyaya malik olan, düzgün qurulan təhsi sistemi şəxsiyyətin fərdi bacarıqlarını stimullaşdırır, gələcəyin mütəxəssislərini dövrün tələblərinə cavab verən biliklərlə silahlandırır. Bütün bunlar təhsil sisteminin tarixinin araşdırılmsını aktual məsələ olaraq diqqət mərkəzində saxlayır. Məqalədə 1991-2011-ci illərdə respublikanın təhsil siyasətinin formalaşdırılması istiqamətində hüquqi bazanın yaradılması məsələlərindən bəhs edilir. Xüsusilə, 1992-ci və 2009-cu illərdə qəbul edilmiş Təhsil Qanunlarının müqayisəli təhlili yolu ilə Azərbaycan Respublikasının təhsil siyasətinin bir çox prioritet məsələləri araşdırılmışdır.

___

  • Boloniya prosesi çərçivəsində ali təhsil sahəsində aparılan islahatlar haqqında Azərbaycan Respublikasının Milli Hesabatı (2007-2009-cu illər üzrə). https://edu.gov.az/upload/file/bolonya-milli-hesabat.pdf – müraciət tarixi 30.04.23
  • Mərdanov, M. (2011). Azərbaycan təhsil tarixi. I. Cild. Təhsil.
  • Mərdanov, M. (2011). Azərbaycan təhsil tarixi. (II. Cild). (1920-1991-ci illər).Təhsil.
  • Mərdanov, M. (2011). Azərbaycan təhsil tarixi. (III. Cild). (Müstəqillik illəri). Təhsil.
  • Mərdanov, M. (2012). Azərbaycan təhsil tarixi. (IV. Cild). (Müstəqillik illəri). Təhsil.
  • Mərdanov, M. Azərbaycan təhsili müstəqillik illərində. (2011, 7 Oktyabr). Azərbaycan müəllimi qəzeti.
  • Səmədov, A. (2010). Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda təhsilə və təhsil xadimlərinə qayğısı. Dərs vəsaiti, Gəncə Dövlət Universiteti.
Akademik Tarih ve Düşünce Dergisi-Cover
  • Yayın Aralığı: Yılda 6 Sayı
  • Başlangıç: 2013
  • Yayıncı: Hakan YILMAZ