Azərbaycan-Özbəkistan Əlaqələrində Diaspora Təşkilatlarının Rolu

Xaricdə yaşayan azərbaycanlılarla əlaqədar tədqiqatlar Azərbaycan tarixi üçün bir çox vacib məsələləri aydınlaşdırmağa kömək edir. Bu tədqiqatlar vasitəsilə müasir dövrdə Azərbaycanın xarici siyasəti, xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin qurulması, tarixi-demoqrafik proseslərin tədqiqinə dair mühüm nəticələr əldə etmək mümkündür. Məqalədə diaspora təşkilatlarının dövlətlərarası əlaqələrin inkişafında rolu araşdırılır. Bu məqsədlə Özbəkistanda həyata keçirilən tədbirlərin məzmunu və ictimaiyyət ilə görüşlər təhlil edilir. Diaspora fəaliyyətinə dair məlumatlar tədqiqata cəlb edilir, keçirilən tədbirlər qruplaşdırılır, bu fəaliyyətin dövlətlərarası və xalqlararası əlaqələrin inkişafında rolu təhlil edilir.Azərbaycanın müxtəlif dövlətlərlə əlaqələrinin qurulması və xaricdə Azərbaycanın təbliği prosesində xaricdə yaşayan azərbaycanlıların, o cümlədən səfirliklərin mühüm rolu vardır. Tədqiqatımıza əsasən, deyə bilirik ki, əsrlərdir Özbəkistanda yaşayan azərbaycanlılar əsasən, XX əsrin sonlarında – bütün SSRİ-də milli-azadlıq hərəkatının başlaması ilə təşkilatlanmağa başladılar. Əlbəttə ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları da bu prosesə təsir etmiş, burada yaşayan azərbaycanlılar öz tarixi Vətənlərinə – Azərbaycana kömək üçün birləşmişlər. Azərbaycan və Özbəkistan müstəqil dövlətlər kimi yeni münasibətlər qurmağa başladıqda Özbəkistanda yaşayan azərbaycanlılar dövlətlərarası münasibətlərin inkişafı prosesində iştiraka başladılar. Hazırda Özbəkistan azərbaycanlıların fəal diaspora fəaliyyəti göstərdiyi dövlətlərdən biridir. Xaricdə yaşayan azərbaycanlılar və Azərbaycan respublikasının səfirlikləri dövlətlərarası əlaqələrin qurulmasında və Azərbaycanın təbliği istiqamətində mühüm rol oynayırlar.

The Role of Diaspora Organizations İn Azerbaijan-Uzbek Relations

Studies on Azerbaijanis living abroad help to clarify many important issues in the history of Azerbaijan. Thanks to these studies, important results can be achieved on historical and demographic changes, as well as the foreign policy of Azerbaijan in the modern era, and the establishment of relations with Azerbaijanis living abroad. The article discusses the role of diaspora organizations in the development of international relations. The content of activities and meetings with Uzbek people are analyzed. In the study, the activities of the diaspora, the development of the relations between the peoples and the states are examined, the events are grouped and the role of these actions is analyzed. Research shows that Azerbaijanis, who have lived in Uzbekistan for centuries, began to organize with the start of the national liberation movement in the USSR at the end of the twentieth century. Of course, Armenia's territorial claims against Azerbaijan also affected this process, and the Azerbaijanis living here united to help their historical homeland Azerbaijan. When Azerbaijan and Uzbekistan started to re-establish their relations as independent states, Azerbaijanis living in Uzbekistan started to participate in the process of developing inter-state relations. Currently Uzbekistan is one of the states where Azerbaijanis are active in diaspora. Azerbaijanis and embassies living abroad play an important role between Azerbaijan and various countries as well as Azerbaijani propaganda abroad.

___

  • Azərbaycan diasporu: böyük yolun başlanğıcı, Bakı: Çaşıoğlu, 2006
  • Azərbaycan diasporu: ensiklopedik məlumatlar toplusu, 2012: 214
  • Azərbaycan tarixi, 7 cilddə, Bakı, Elm, 1993-2003
  • Bakıdan gələn qonaqlar yeni yaradılan Məhəmməd Füzuli adınıa Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində olublar, http://azculture.uz/xeber.php?year=2019&news=185&fbclid=IwAR218ZXne2csRRi_Up5oWzMZkhVFeRHNoVwSb3ZZvLDsSLBIfPmh8TphIaw (06.11.2019)
  • Dvustoronnie Otnosheniya. Uzbekistan‖, Sait Ministerstva Inostrannyh Del Respubliki Armeniya, 07 Şubat 2015, https://www.mfa.am/ru/bilateral-relations/uz (20.11.2019)
  • Etnicheskii atlas Uzbekistana, OOFS-Uzbekistan i LIA “R. Elinina”, 2002
  • ƏLİYEV, H., Müstəqilliyimiz əbədidir: çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr. сild 10. Bakı: Azərnəşr, 1998
  • Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, http://azculture.uz/az/index.html (05. 01.2020)
  • KULIYEVA S., “Özbekistan`da Yaşayan Azerbaycanlı Toplumu: Tarihsel-Demografik Araştırma”. Oğuz-Türkmen Araştırmaları Dergisi sy. II, 1, Haziran (2018): 27-52
  • Özbəkistanda keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində “Əbədi dostluğumuz” adlı sərgi, habelə Azərbaycan milli geyimləri nümayiş etdirilib, http://azculture.uz/xeber.php?year=2019&news=187 (08.11.2019)
  • Respublikanskiy Azerbaydjanskiy Naçionalınıy Kulıturnıy Çentr, http://raznkc.uz/index.php?option=com_content&view=article&id=46&Itemid=58, (02.06.2018)
  • Özbəkistanda Azərbaycana dair “İlin ən fəalları, yaxşıları” müsabiqəsinin qalibləri mükafatlandırılıb, http://azculture.uz/xeber.php?year=2019&news=216 (04.01.2020)
  • RUINTƏN, S., Azərbaycan türk dövlətləri ilə siyasi əlaqələr sistemində (XX əsrin 90-cı illəri), Bakı: Adiloğlu, 2005
  • SALAMOV SH. (Barlas), Dashnaki ot Fergany do Karabaha, Baku: Savad, 2019
  • Uzbekiston umumii uiimiz, Toshkent: «Uzbekiston» nashriyot-matbaa ijodii uii, 2004
  • Vsesoyuznaya perepis' naseleniya 1926 goda. Nacional'nyi sostav naseleniya po regionam respublik SSSR, 1928-29;
  • Vsesoyuznaya perepis' naseleniya 1959 goda. Nacional'nyi sostav naseleniya po respublikam SSSR, RGAE RF (byv. CGANH SSSR), fond 1562, opis' 336, ed.hr. 1566a -1566d;
  • Vsesoyuznaya perepis' naseleniya 1979 goda. Nacional'nyi sostav naseleniya po respublikam SSSR, RGAE RF (byv. CGANH SSSR), fond 1562, opis' 336, ed.hr. 6174-6238;
  • Vsesoyuznaya perepis' naseleniya 1989 goda. Nacional'nyi sostav naseleniya po respublikam SSSR, Rabochii arhiv Goskomstata Rossii.Tablica 9s. Raspredelenie naseleniya po nacional'nosti i rodnomu yazyku.