Yavuz Akpınar tədqiqatlarında Mirzə Fətəli Axundzadənin komedialarının təhlili.

        Xülasə M.F.Axundzadə yaradıcılığı, bədii irsi dəfələrlə araşdırmalara cəlb olunmuş hər dəfə fərqli yanaşmalar yeni baxış tərzi ilə ədəbi mühütdə özünə yeni can qazanmışdır. Təkcə Azərbycanda deyil, Azərbaycandan kənarda bu sahə ilə məşğul olan tədqiqatçılar mövcud olmuşdur. Yavuz Akpınar Türkiyədə ilk dəfə M.F.Axundzadə irsini tədqiqata cəlb edən, ədəbiyyat xadimlərindən biridir. Tədqiqatçının araşdırmalarında M.F.Axundzadə irsi bütün yönləri ilə təhlil və tənqidin yeni çərçivələri daxilində öz təsdiqini tapmışdır. Təsadüfü deyil ki, araşdırmanın adı da “Mirzə Fətəli Axundzadə bütün yönləri ilə” adlandırılır. Lakin bugünkü, araşdırmamızın mövzusunu Axundzadənin bütün həyat və yaradıcılığına Yavuz Akpınar qələmi ilə olan yanaşmalara münasibətdən daha çox, komediyalara, təmsilata olan münasibəti zəminində ələ alacağıq. Bu günə qədər qoyulan məsələlərin mahiyyəti və genişliyini nəzərə alaraq deyə bilərik ki, heç bir tədqiqatçının yaradıcılığında M.F.Axundzadənin yaradıcılığı bu qədər əhatəli bir şəkildə tədqiqata cəlb edilməmişdir. Tədqiqatçının komediyaların təhlili və tənqidi ilə bağlı ələ aldığı mövzuların əhatə dairəsi bir məqalənin həcmindən daha çoxunu əhatə etdiyindən qələmə aldığımız məqalədə, daha çox geniş həcimli və müzakirəsinin labüdlüyü baxımından əhəmiyyət daşıyan problemlər ələ alınacaq. Komediyaların yaranma səbəbləri, müsbət və mənfi tiplər, fərdi eləcə də qarşılıqlı münasibətlər, batil inancların obrazların qismində dəyərəndirilməsi kimi bir çox məsələlər Yavuz Akpınar qələmindən təsnif olunmuşdur ki, araşdırma zamanı bu məsələlərə toxunulacaq. Sözsüz ki, Azərbaycan ədəbiyyatında Axundov yaradıcılığı, komediyaları fərqli zəminlərdə ələ alınmış burada qeyd edilən bir çox problemlər azərbaycanlı mütəfəkkirlər tərəfindən işıqlandırılmışdır. Bununla belə Yavuz Akpınarın yanaşmaları öz orijinallığı, obrazlara münasibətin təkrarsızlığı ilə şübhəsiz ki, tədqiqatçıların diqqətini çəkəcəyini düşünürəm. Eyni zamanda bu dissestasiya işinin müəllifin şəxsi kitabxanasından istifadə edilərək qələmə alındığını nəzərə alaraq, deyə bilərik ki, bu mövzu Azərbaycan ədəbiyyatında eləcə də Türkiyədə qələmə alınmış ilk tədqiqat hesab edilə bilər. 
Anahtar Kelimeler:

Yavuz Akpınar, M.F.Axundzadə

___

  • Ədəbiyyat Siyahısı1. Akpınar Y. 1994.Azəri ədəbiyyatı araşdırmaları. Bengü2. Akpınar Y. 1980. M.Fətəli Axundzadə.(Bütün yönləri ilə) dok.tez3. Cəfərov C. 1968. M.F.Axundzadənin dramaturgiyası. Dramaturgiya və teatr. 2 cilddə, I s., Bakı 4. Qasımzadə F. 1974. XIX əsr Azərbaycan ədəbiyytı tarixi. Maarif nəşriyyatı. http://web2.anl.az:81/read/page.php?bibid=16360&pno=25. Muradov N, Özkaya Y. 2018 Yavuz Akpınar Armağanı.Armağan6. Yusifli C. 1991. M.F.Axundzadənin maarifçi estetikası. Qobustan jurnlı № 3