Qərbi Avropa Səyyahlarının Gündəliklərində Azərbaycanın Orta Əsr Musiqisi və Təsviri Sənəti
Musiqi və təsviri sənət Azərbaycan milli mədəniyyətinin tərkib hissələrindən biri kimi XV-XVII əsrlərdə özünəməxsus cəhətlərə malik idi. Bu dövrdə xalq yaradıcılığı, ifaçılıq sənəti və aşıq yaradıcılığı formasında inkişaf edən musiqi sənəti yerli ənənələrlə yanaşı, İslam və İran musiqisinin də təsirini özündə əks etdirirdi. Avropalı səyyahların gündəliklərində saray musiqisi, hərbi musiqi, musiqi alətləri və s. haqqında məlumatlar mövcuddur. Bu məlumatlardan musiqinin Azərbaycan xalqının gündəlik həyatında, bayram və ziyafətlərində mühüm yer tutduğu aydın olur. Təsviri sənətin qollarından olan daşişləmə sənətinə mənbələrdə geniş rast gəlinir və onun əsas növü həkkaklıq sayılır. Azərbaycanda orta əsrlərdə dekorativ-tətbiqi sənət növləri arasında mozaika da geniş yayılmışdı. Avropalı yazıçılarının daha çox məlumat verdiyi digər sənət sahəsi də zərgərlikdir. Azərbaycanda dekorativ sənətin ümumi sahələri sırasında bədii parça istehsalı və xalçaçılığı da qeyd etməliyik, çünki bu sahələr orta əsrlərdə yüksək inkişaf etmiş sənət sahələri hesab olunurdu. Beləliklə, Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi incəsənətin müxtəlif sahələri həm regional ənənələri qoruyub saxlamaqla, həm də Ümumislam və Ümumşərq təsirini özündə daşımaqla sinkretik mədəniyyətin inkişafında mühüm rol oynamışdır.
Medieval Music and Fine Art of Azerbaijan in the Diaries of Western European Travelers
Music and fine arts were one of the integral parts of the Azerbaijani culture and had special features in the XV-XVII centuries. During this period, music that developed in the form of folk and ashig (minstrel) creativity had the effect of Islamic and Iranian music along with local traditions. In the diaries of European travelers information on palace music, military music, musical instruments etc. is found. Stone processing among fine arts has been widely found in the sources, and engraving can be considered the main type of it. In Azerbaijan, medieval mosaics were widely spread among decorative-applied arts. Jewelry is another art type that European authors provide relatively broad information. We should emphasize the production of artistic textile and carpet weaving among the widespread areas of decorative-applied art in Azerbaijan, because these areas were accepted as highly developed ones of art in the Middle Ages. Thus, various areas of art as an part of Azerbaijani culture played an important role in the development of the synchretic culture, by preserving both local and regional traditions and by carrying Pan-Oriental and Pan-Islamic influence.
___
- Alizade, A. (1956). Sosialno-ekonomicheskaya i politicheskaya istoriya Azerbaydjana v XIII-XIV vekakh. Izdatelstvo Akademii nauk Azerbaydjana. SSSR.
- Babayeva, Ə. (26-27 oktyabr 2017). “İslam musiqi ənənəsi müsəlman mədəniyyətinin eyniyyət nişanı kimi”. Qloballaşan dünyada musiqi ənənələri mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransın materialları, Bakı.
- Barbaro, J. (2005). Anadoluya ve İrana seyahat (T. Gündüz, Çev.). İstanbul, Yeditepe Yayınevi.
- Dadaşova, R. (2003). Səfəvilərin son dövrü (ingilisdilli tarixşünaslıqda). Nurlan.
- Della Valle, P. (1843). Viaggi di Pietro della Valle, il pellegrino: descritti da lui medesimo in lettere familiari all'erudito suo amico Mario Schipano, divisi in tre parti cioè : La Turchia, La Persia, e l'India, colla vita dell'autore, Volume primo. G. Gancia.
- Geydarov, M. (1999). Torgovlya i torgovıye otnosheniya Azerbaydjana v pozdnem srednevekovye. Elm.
- Həsənalıyev, Z. (2005). Səfəvi dövləti XVII əsrdə: (Avropa səyyahlarının məlumatı əsasında) [Tarix elmləri doktoru dissertasiya]. Bakı Dövlət Universiteti.
- Kərimov, K. (1980). Azərbaycan miniatürləri, İşıq.
- Qasımov, X. (2008). Orta əsrlərdə Azərbaycan mədəniyyəti. Aspoliqraf.
- Mustafayev, A. (1999). Azərbaycanda sənətkarlıq (Tarixi-etnoqrafik tədqiqat). Altay.
- Nəsibova, A. (2018). Səfəvi incəsənəti və qulamlar Qərb alimlərinin gözü ilə. Risalə. Araşdırmalar toplusu. 15-ci kitab, Elm və təhsi nəşriyyatı.
- Oleariy, A. (1870). Podrobnıy otchet o poyezdke golshtinskogo posolstva v Moskoviyu i Persiyu v 1633, 1636 i 1639 gg. (P. Barsov, perevod s nemetskogo), sostavlennıy sekretarem posolstva A. Oleariyem. Moskva, Universitetskoye izdatelstvo.
- Onullahi, S. (1982). XIII-XVII əsrlərdə Təbriz şəhəri (sosial-iqtisadi tarixi). Elm.
- Streys, Y. (1935). Tri puteshestviya (per. E. Borodina). Sotsegiz.
- Süleynamov, N. (2018). Azərbaycan Səfəvi dövləti 1501-1736-cı illər. İqtisad Universiteti nəşriyyatı.
- Tavernye, J. (1957). Səfərname-ye Tavernye, (Ə.T. Nuri, farsca tərc.). İkinci nəşri Çapxana-ye fərvin.