44 Günlük Vətən Müharibəsi Ərzində və Sonrasında Azərbaycan-Avropa İttifaqı Münasibətləri

Məqalədə 44 günlük Vətən müharibəsi ərzində və sonrasında Azərbaycan-Avropa İttifaqı münasibətləri geniş şəkildə araşdırılmışdır. Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə Cənubi Qafqaz regionunda tamamilə yeni reallıqlar yaratdı. Bu reallıqlara dayanaraq aparılan tədqiqatın nəticəsində məlum olur ki, Avropa İttifaqı üçün Azərbaycan bu gün regional əməkdaşlıq, enerji və nəqliyyat təhlükəsizliyi və strateji kommunikasiya sahələrində ən etibarlı tərəfdaşdır. Avropa İttifaqı xüsusilə Azərbaycan-Ermənistan münasibətləri fonunda ikili standartlar nümayiş etdirir. Tədqiqatın gedişində bu məqam faktlarla bir daha sübut edilir. Bununla belə məqalədə Aİ – Azərbaycan münasibətləri yalnız ziddiyyətlərlə deyil, həm də perspektivlə xarakterizə olunur. Bu baxımdan Aİ-nin Cənubi Qafqaz regionunda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına, o cümlədən də Zəngəzur dəhlizi boyunca dəmir yolunun çəkilişinə və inkişaf etdirilməsinə dəstəyini nümayiş etdirməsi bu perspektivlərin müsbət təzahürüdür.

Azerbaijan-EU relations during and after the 44-day Patriotic War

The article examines in detail the relations between Azerbaijan and the EU during and after the 44-day Patriotic War. It should be noted that the historic Victory of Azerbaijan in the 44-day Patriotic War created completely new realities in the South Caucasus region. Based on these realities, the study shows that today Azerbaijan is the most reliable partner of the European Union in the areas of regional cooperation, energy and transport security and strategic communications.The European Union resorts to double standards, especially in the context of Azerbaijani-Armenian relations. In the course of the study, this point is once again confirmed by the facts. However, the article characterizes the relations between the EU and Azerbaijan not only with contradictions but also with perspective. In this regard, EU support for the creation and development of communication infrastructure in the South Caucasus, the opening of lines connecting the countries, including the construction of a railway along the Zangezur corridor is a positive manifestation of these perspectives.

___

  • ADIGÖZƏLOV, K., “Avropa İttifaqı – Azərbaycan münasibətləri: Prezident İlham Əliyevin təşəbbüsləri yeni perspektivlər açır”, Xalq qəzeti, Bakı 2021, 9 iyun, s. 3-4.
  • ................................., “Avropa İttifaqının “Şərq Tərəfdaşlığı”na yeni yanaşması: İlham Əliyev diplomatiyasının strateji uğuru”, Xalq qəzeti, Bakı 2021, 20 avqust, s. 3. “Avropa İttifaqı Gəncə şəhərinə mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyib”, Azərbaycan qəzeti, Bakı 2020, 18 oktyabr, s.8.